Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır

Təəssüflər olsun ki, müasir dövrümüzdə də tarixi saxtalaşdırmağa, onu təhrif etməyə cəhdlər göstərilir. Xüsusilə belə cəhdlər erməni diasporu və libbisinin təsir dairəsində olan Avropa ölkələrində özünü daha çox büruzə verir.

Təəssüflər olsun ki, müasir dövrümüzdə də tarixi saxtalaşdırmağa, onu təhrif etməyə cəhdlər göstərilir. Xüsusilə belə cəhdlər erməni diasporu və libbisinin təsir dairəsində olan Avropa ölkələrində özünü daha çox büruzə verir. Erməni maraqlarından çıxış edən həmin ölkələr hətta tarixi Azərbaycan ərazilərini, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Qarabağı erməni ərazisi kimi təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, Qarabağ tarixi Azərbaycan ərazisidir və 44 günlük Vətən müharibəsi ilə onun bizə mənsub olduğunu bir daha təsdiqlədik. Elə  Yeni Azərbaycan Partiyası Sabirabad rayon təkilatının sədri Məleykə Ağayeva da bu qənaətdədir. O bildirib ki, müasir tariximizin bir hissəsi, yaxın keçmişimiz olan 1990-cı illərin əvvəlində baş verənlər hər kəsin yaddaşındadır: "30 ilə yaxın bir müddətdə bir milyona yaxın vətəndaşımızın öz doğma yurd-yuvalarından uzaqda qaçqın və məcburi köçkün həyatı yaşaması insanlarımızın həyatında böyük bir iz qoyub. Hələ 1990-cı illərin əvvəlində Ulu Öndər Heydər Əliyev Azərbaycanın suverenliyini xilas etməklə yanaşı, bu vətəndaşlarımızın problemlərinin həlli istiqamətində böyük tədbirlər həyata keçirdi". Məleykə Ağayeva qeyd edib ki, öz torpağında, elində, obasında yaşamaq hüququndan məhrum edilmiş, erməni təcavüzünün qurbanı olan bu insanlar həmin çətin günləri hər zaman xatırlayır: "Ən böyük təhdid sayılan unutqanlıq, tarixi həqiqətləri göz ardı etmək bəzən böyük problemlərin başlanğıcına çevrilir. Qeyd etdiyimiz kimi, son 200 ildə bu unutqanlığın qurbanına çevrilmiş torpaqlarımız, insanlarımız, abidələrimiz, sərvətimiz düşmən hiyləsinə, məkrinə tuş gəlib. Məhz gələcəkdə hər hansı bir tarixi unutqanlıq yaşamamaq üçün gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir. Möhtərəm Prezidentimiz vurğuladı ki, gənc nəsil tarixi həqiqətləri bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var".

Hakim partiya rəsmisinin sözlərinə görə, bu gün dillərdə şüar olan "Qarabağ Azərbaycandır" şüarı bizim milli keçmişimizin uğurlu gələcəyə gedən yolunun formuludur: "Cənab Prezidentimizin bildirdiyi kimi, öz keçmişimizdən dərs çıxarmalı və gələcəyimizi daha etibarı şəkildə formalaşdırmaq üçün özümüzü, tariximizi, dünənimizi sabahımızın təməlinə çevriməliyik".

Məleykə Ağayeva işğaldan azad edilmiş rayonlarda həyata keçirilən qurucluq-abadlıq işlərindən də danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var, bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq: "2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulmuşdur. Bu baxımdan qeyd etməliyik ki, işğaldan azad edilən torpaqların az müddətdə inkişafının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür". Natiq deyib ki, Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir: "Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir". Hakim partiya rəsmisi onu da diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur: "Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Əminik ki, qüdrətli liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənəcək, Qarabağ dünyanın Cənnət məkanına çevriləcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31