Parlament Şuşanın statusunu müzakirə edəcək
24 May 2021 11:11 Daxili siyasət"Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə dörd komitənin birgə iclası keçiriləcək. İclasda Şuşanın "Mədəniyyət paytaxtı" elan edilməsi haqqında müzakirələr aparılacaq, təkliflər səsləndiriləcək". Bu barədə Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib. Deputat vurğulayıb ki, sözügedən qanun layihəsinin komitələr arasında müzakirəsi şənbə günü də təşkil edilib və bundan öncə beş komitə birlikdə Şuşaya "Mədəniyyət paytaxtı" statusunun verilməsini dəyərləndirib: "İclasda təbii olaraq, təkliflərimizi səsləndirəcəyik. Bizim Şuşa ilə bağlı fikirlərimiz fərqlidir. Fikirlərimizin dəyərləndiriləcəyinə inanmıram. Əsasən qanunverici orqana təqdim edilən layihə əsasında təklifləri səsləndirəcəyik. Amma mənim Şuşa ilə bağlı yanaşmam fərqlidir. Hazırda ən mühüm məsələ odur ki, "Mədəniyyət paytaxtı" kimi Şuşanın statusu müəyyən olunsun. Yəqin ki, təkliflərimiz mətbuatda, yaxud başqa platformalarda səslədirildikdə diqqət çəkər".