Putinin xüsusi adamı: Oğlum azərbaycanlı qızla evlənib
"Azərbaycanlılar Rusiya mədəniyyətinin bir hissəsidir"
1 Noyabr 2015 13:58 DünyaMoskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin(RAGB) "RAGB: gənclərin layiqli gələcəyi naminə" mövzusunda VI Forumu keçirilib. ANS PRESS-in məlumatına görə, Forumda çıxış edən Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy azərbaycanlıların Rusiya xalqına, mədəniyyətinə nə qədər yaxın olmasından danışıb. "Bu gün əgər siz qarşınızdakı qapıların açılmasını istəsəniz, Azərbaycan və Rusiyada özünü sözün əsl mənasında tapa, çox gözəl təhsil ala bilərsiniz. Biz bu barədə ancaq xəyal edə bilərdik. Gələcəyinizin olmasını istəyirsinizsə, düşünməlisiniz, çox çalışmalısınız", deyə Mixail Şvıdkoy bildirib.
Forumda RAGB-in fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib
Onun sözlərinə görə, azərbaycanlılar Rusiya mədəniyyətinin bir hissəsidir.
"Biz sizin həyatınızın bir hissəsi olduğu kimi siz də bizim həyatımızın bir parçasısınız. Biz artıq tarixi seçimimizi etmişik. Biz bir insanıq və bir-birimizə dərin bağlarla bağlıyıq. Mən bunu azərbaycanlı quda kimi deyirəm. Mənim oğlum azərbaycanlı qızla ailə həyatı qurub. Mən damarlarında azərbaycanlı, rus, yəhudi qanı axan nəvəmə baxanda onun xoşbəxt olması üçün hər şey etməyə hazıram", deyə Putinin xüsusi nümayəndəsi bildirib.
Forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiya Şurasının vitse-spikeriİlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid Slutski və digər şəxslər iştirak ediblər.
Leyla Əliyeva Forumda çıxış edərkən
Foyedə RAGB-in, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Həmçinin Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.
"Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar", deyə Leyla Əliyeva bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31