Forumda RAGB-in fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib

Onun sözlərinə görə, azərbaycanlılar Rusiya mədəniyyətinin bir hissəsidir.

"Biz sizin həyatınızın bir hissəsi olduğu kimi siz də bizim həyatımızın bir parçasısınız. Biz artıq tarixi seçimimizi etmişik. Biz bir insanıq və bir-birimizə dərin bağlarla bağlıyıq. Mən bunu azərbaycanlı quda kimi deyirəm. Mənim oğlum azərbaycanlı qızla ailə həyatı qurub. Mən damarlarında azərbaycanlı, rus, yəhudi qanı axan nəvəmə baxanda onun xoşbəxt olması üçün hər şey etməyə hazıram", deyə Putinin xüsusi nümayəndəsi bildirib.

Forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiya Şurasının vitse-spikeriİlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid Slutski və digər şəxslər iştirak ediblər.


Leyla Əliyeva Forumda çıxış edərkən

Foyedə RAGB-in, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Həmçinin Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.

"Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar", deyə Leyla Əliyeva bildirib.