Lukaşenko: "Ukraynanın Aİ-ə qoşulması heç vaxt olmayacaq"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ukraynanın Avropa İttifaqına üzv olmasının mümkünsüz olduğunu bildirib. O, jurnalistlərə verdiyi açıqlamada, "Onlar  heç vaxt ola bilməyəcək bir şeylə məşğuldurlar," deyə qeyd edib.

Lukaşenko, Ukraynanın Aİ-yə daxil olmasının ölkənin iqtisadiyyatını dağılmasına səbəb olacağına inanır. "Ukrayna bu yolda irəliləmədən əvvəl yaxşı düşünməlidir: orada onun yerinə ehtiyac varmı? Bu, sənayesiz, kənd təsərrüfatı olmadan, Ukraynanın fəxr etdiyi hər şeydən məhrum bir ölkə olacaq," - deyə Lukaşenko vurğulayıb.

Prezident həmçinin, Ukrayna Prezidentinin təcrübəsiz olduğunu və buna görə də Aİ-yə üzvlük mövzusunda çox tələsməməli olduğunu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31