Binəli Yıldırım Türk dövlətləri üçün Naxçıvan sazişinin vacibliyini vurğulayıb

Türk ölkələri arasında əlaqələrin möhkəmlənməsində Naxçıvan sazişi mühüm rol oynayıb.

Olaylar.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqallar şurasının sədri Binəli Yıldırım Antalya Diplomatik Forumunda etdiyi çıxışda bildirib.

O, Balkanlardan tutmuş Türkiyəyə kimi yayılmış Türk dövlətlərinin tarixi əlaqələrinin onların ümumi kimliyinin əsasını təşkil etdiyini qeyd edib. Adlarda və icmalarda dəyişikliklərin olmasına baxmayaraq, bu ölkələrin mədəniyyəti öz mayiyyətini qoruyub saxlaya bilib.

Türk dövlətləri liderlərinin aparıcı türk siyasətçilərlə bir araya gəldiyi 90-cu illəri xatırladan Binəli Yıldırım, onların səyləri nəticəsində 2009-cu ildə Türk Dövlətləri Təşkilatının yaradıldığını diqqətə çatdırıb.

"Bu məhz Türk Dövlətlərinin birləşməsində həlledici rol oynamış Naxçıvan sazişinin sayəsində mümkün olub", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31