Şirməmməd Hüseynovla vida... - Fotolar-Yenilənib

 

Bakı Dövlət Universitetində ötən gün dünyasını dəyişən Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib 

Mərasimdə millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edib.

BDU-nun  jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Ş. Hüseynovla bağlı xatirələrini bölüşüb:  "Şirməmməd Hüseynov müəllimlərin müəllimi, böyük insan idi. O, Azərbaycan mətbuatının ənənələrini bizə öyrətməklə klassik mətbuat məktəbi yaradıb. O, jurnalist və böyük tənqidçi idi. Mən özüm də Şirməmməd Hüseynovun tələbəsiyəm. Allah ona rəhmət eləsin".

 

Vida mərasiminə rəsmi şəxslər, nazirlər, millət vəkilləri də qatılıb. Onlardan Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, DİM-in sədri Məleykə Abbaszadə, millət vəkili Fəzail Ağamalı mərhumun qohumlarına başsağlığı veriblər. 

***

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və PA-nın şöbə müdiri Əli Həsənov da vida mərasiminə qatılıb.


















Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31