“Özəl təhsildə dil və danışıq” seminarı keçirilib
Türkiyənin Sakarya şəhərində “Özəl təhsildə dil və danışıq” mövzusunda seminar keçirilib. Milli Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan iki günlük seminarda Azərbaycandan Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova da iştirak edib.
11 Noyabr 2016 15:33 SosialTürkiyənin Sakarya şəhərində "Özəl təhsildə dil və danışıq" mövzusunda seminar keçirilib. Milli Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan iki günlük seminarda Azərbaycandan Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova da iştirak edib. 500-dən artiq müəllimin qatıldığı seminarda Sakaryanın təhsil qurumunun rəhbəri Mevlut Kuntoğlu da istirak edib. Esmira Kazımova səfər çərçivəsində Sakaryada yerləşən Ocem Autizm Məktəbi və Dalsu Özəl Mərkəzində də qonaq olub, həmin müəssisələrdə tərbiyə görən uşaqlarla görüşüb, müəllimlərlə fikir mübadiləsi aparıb. Həmçinin Mərkəz rəhbəriSakarya tv və Mega radiosunda qonaq qismində iştirak edib, nitq qusurları ilə bağlı problemlərdən danışıb.
Qeyd edək ki, seminar Sakarya milli təhsil qurumunun şöbə müdiri Necmi Sagiroglunun təşkilatçılığı ilə yüksək səviyyədə baş tutub.