Laçındakı yanğın söndürülüb
17 İyul 18:22 SosialLaçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
10:40
Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam nəzarətə götürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
"Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam nəzarətə götürülüb", - qurumdan əlavə olunub.
Qeyd edək ki, dünən axşam saatlarında Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.