ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur - Hafiz Paşayev

ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur.

Olaylar xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində dövlət sifarişli yerlər haqqında keçirilən məlumat sessiyasında deyib.

O bildirib ki, bu göstəricilər tələbələrin akademik nailiyyətləri ilə birbaşa bağlıdır:

"Yeni tədris ilindən etibarən ADA Universitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetin yaranmasından bəri əsas missiyamız Azərbaycanda xaricdə verilən təhsil səviyyəsindən də yüksək bir ali məktəb qurmaq olub".

Hafiz Paşayev universitetin keçdiyi inkişaf yoluna toxunub:

"ADA Universiteti gələn il 20 illik yubileyini qeyd edəcək. Əvvəlcə Diplomatik Akademiya olaraq fəaliyyətə başladıq. Daha sonra universitet statusu aldıq və fəaliyyətimizi genişləndirdik. Bu illər ərzində ADA özünəməxsus akademik və idarəçilik ənənələrini formalaşdırdı. Universiteti qurarkən Amerika universitetlərinin modelindən faydalandıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31