Dörd inqilab cəhdinin qarşısını almışıq - Kobaxidze
17 İyul 19:20 DünyaGürcüstan hakimiyyəti dörd il ərzində dörd inqilab cəhdinin qarşısını alıb.
Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
"Biz bu dörd ildə dörd inqilab cəhdinin qarşısını almışıq. Buna baxmayaraq, iqtisadi artım templərinə görə regionda və Avropada birinci yeri qoruyuruq", - deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan kənardan şantaj və ultimatumlara məruz qalmaqda davam edir, lakin belə şəraitdə belə ölkə sabit iqtisadi inkişafı təmin edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31