Məşhur tasavvuf araşdırmaçısı Bakıya gəlir
27 Yanvar 2014 17:06 SosialMillət vəkili Qənirə Paşayevanın dəvəti ilə məşhur tasavvuf araşdırmacısı, yazar Cemalnur Sargut Azərbaycana gəlir. "OLAYLAR"-ın xəbərinə görə, qonaq səfər çərçivəsində bir sıra proqramlarda və yeni kitabının təqdimatında iştirak edəcək. Səfər yanvarın 29-dan fevralın 1-dək davam edəcək. Yanvarın 30-da isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ortaq Türk kültürü və mənəvi dəyərləri: yeni dövrün çağırışları, aydınların üzərinə düşən vəzifələr" mövzusunda tədbir keçiriləcək. Səər zamanı Camalnur Sargutun Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda çap edilmiş son əsəri "Dinlə" kitabının təqdimatı da keçiriləcək. tədbirdə bir neçə ictimai təşkilat tərəfindən Camalnur Sargutun ödülləndirilməsi də həyata keçiriləcək. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın ünlü tasavvuf araşdırmacısı, yazar Cemalnur Sargutun "Dinlə" kitabının satışından əldə olunan gəlir autizimdən əziyyət çəkən ailələrə yardıma sərf olunacaq.