Nitq probleminə həsr olunmuş seminar keçiriləcək

"Nitq problemləri və onun aradan qaldırılma yolları" mövzusunda seminar keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Nitq İnkişaf Mərkəzinin sədri Esmira Kazımova bildirib ki, seminar fevralın 14-də baş tutacaq. Nitq İnkişaf Mərkəzi və Milana Psixologiya və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq seminarda uşaqlarda nitq problemi, onu yaradan səbəblər, eləcə də bu problemin aradan qaldırılması yollarından danışılacaq. Tədbir zamanı həmçinin bu sahədə görülən işlər, beynəlxalq təcrübə barədə də fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31