Yunus Oğuz növbəti kitabını başa çatdırıb
11:23 SosialYazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qara Yusif haqqında yazdığı iki kitabın birincisini- "Qara Yusif və Əmir Teymur" kitabını başa çatdırıb. "Olaylar" xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb. Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: "İki türkməndən biri Qaraqoyunlu, biri Ağqoyunlu, ikisi də eyni Azərbaycan tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir". Onu da qeyd edək ki, ikinci kitab "Qara Yusif və Teymurilər" adlanacaq.
Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap edilib.