Vətəndaş cəmiyyəti narkomaniya probleminə fəal cəlb olunmalıdır
13 Oktyabr 2012 00:59 SosialNarkomaniyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Sumqayıtda narkomaniya probleminə həsr olunmuş konfrans keçirib. "Bizim Gənclik" İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi" layihəsi çərçivəsində baş tutan konfransda ölkədə bu sahədə aparılmış uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. Dövlətin bu sahədə əsas prioritet istiqamətlərindən sayılan yeni Dövlət Proqramının hazırlanmasında yerlərdən ola biləcək təkliflərin ümumiləşdirilməsi ilə bağlı müzakirələr də aparılıb. Çıxışlarda bildirilib ki, narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin proseslərə fəal cəlb olunması zəruridir.