Diaspor hərəkatında aktiv olan qadınlar
12 Mart 2014 16:33 DiasporaƏvvəli ötən sayımızda
Müasir dövrümüzdə də diaspor hərəkatında fəal iştirak edən qadınlar var. Məhz həmin qadınların səyi və diaspor sahəsində atdığı uğurlu addımlar nəticəsində Azərbaycanın təbliği, onun tanıdılması, üzləşdiyimiz problemlərin dünya ictimaiyyətinə çatdırılması işində bir intensivlik müşahidə edilir. Azərbaycanın diaspora hərəkatında müstəsna xidmətləri olan qadınlardan biri də Tomris Azəridir. Tomris Azəri 1950-ci il noyabrın 4- də Birləşmiş Ştatlarda anadan olub. Tomris Azəri Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidentidir. O, Nağı bəy Şeyxzamanlının qızıdır. Tomris Azəri ikinci nəsil amerikalı azəbaycanlıdır. Onun rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə catdırılmasında muhum rol oynayan təşkilatlardan biridir. Tomris Azəri Azərbaycanın Amerika ictimaiyyətinə tanıdılmasına xidmət edən bir sıra layihələrin muəllifi olub. Onun təşəbbusu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi haqqında məlumatların Birləşmiş Ştatların siyasi dairələrinə catdırılmasına xidmət edən kampaniyalar təşkil edilib. Tomris Azəri Dunya azərbaycanlılarının I, II və III qurultaylarında Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının uzvu seçilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə Tomris Azəri "Şohrət" ordeni ilə təltif olunub.
Azərbaycan diasporuna yeni nəfəs gətirən, gənclərin bu sahədə fəalığının artırılmasına nail olan qadın diaspor nümayəndələrindən biri də Leyla Əliyevadır. Leylka Əliyeva 1986-cı il iyulun 3-də anadan olub. O, Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Leyla Əliyeva İsvecrədə və Boyuk Britaniyada ali təsil alıb. 2006-2008-ci illərdə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunun politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib. 2010-cu ilədək Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub. Leyla Əliyeva 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı numayəndəliyinin rəhbəridir. 2007-ci il fevralın 27-də Heydər Əliyev Fondunun dəstəyi ilə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Gənclər Klubu və RAGƏŞ-in Moskvada təşkil etdikləri Xocalı soyqırımının qurbanlarını anma mərasimi - "Xocalısız 15 il" adlı xatirə gecəsi kecirilib. Leyla Əliyeva 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur. Jurnal Azərbaycan mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin dunya ictimaiyyətinə catdırılması istiqamətində boyuk işlər aparır. 2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. 2008-ci il, may ayının 8-də Leyla Əliyeva "Xocalıya Ədalət" kampaniyasını başladıb. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Gülşən Kazimova -1961-ci il noyabrın 8- də Bakı şəhərində anadan olub. O, Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvüdür. Gülşən Kazımova hazırda "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, tərcüməçidir. "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında fəaliyyətə başlayıb. Cəmiyyətin yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərməkdir. 2006-cı ildə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabı Niderlandda nəşr edilib. 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Gülşən Kazımova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi" fəxri ad ına layiq görülüb.
Samirə Patzer-İsmailova-1963-cu il fevralın 26- da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. Xanım İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. Həmyerlimiz 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib.. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova "Xocalıya Ədalət" kampaniyasının Almaniya uzrə koordinatorudur. 2011-ci ildə o, Almaniyadakı Turk-Azərbaycan Birliyinin sədr muavini seçilib. 2012-ci ildə isə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti, daha sonra Avropa Azərbaycan Konqresinin prezidenti seçilib. Hazırda Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəridir. 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə Samirə Patzer-İsmailova "Tərəqqi" medalı ilə təltif olunub.
Mehriban Nəsib-Birləşmiş Ştatlardakı Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalıdır. Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Mehriban Nəsib 2002-ci ildə özünün "Qəbələ-sağlam mühit" (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, Mehriban Nəsib həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. Mehriban Nəsib həm də yazardır. O, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən Birləşmiş Ştatlar, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. Mehriban Nəsibin "Məhəbbət olanda" adlı romanı 2006-cı ildə işıq üzü görüb. Mehriban Nəsib hazırda Birləşmiş Ştatlardakı Kolumbiya Universitetində magistr təhsili alır. O, eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəallarındandır.
İradə Uluxanlı-Vahid, Bolunməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədridir. Onun rəhbərlik etdiyi Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Təşkilat rəsmi olaraq qeydiyyatdan keçib. Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyətinin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edir. Bu cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda "Azərbaycan guşə"lərinin yaradılmasıdır.
Vüsalə Məmmədzadə-Azərbaycan-Fransız Gənclik Assosiasiyasına rəhbərlik edir. Assosiasiya 2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis edilib. Assosiasiyanın ilk prezidenti o zaman Parisdə təhsil alan Babək İsmayılov olub. Növbəti illərdə təşkilata Mirvari Fətəliyeva başcılıq edib. AFGA bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir