İranlı diplomatlar Livandan TƏXLİYƏ OLUNDU - Bu ölkənin təyyarəsi ilə...
8 Mart 17:15 Dünyaİranın 117 vətəndaşı, o cümlədən diplomatlar və səfirlik əməkdaşları şənbədən bazara keçən gecə Beyrut şəhərindən təxliyə edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Livandakı adının açıqlanmasını istəməyən rəsmi şəxsə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, onlar Livanı Rusiya təyyarəsi ilə tərk ediblər. Lakin Livandakı İran diplomatik missiyasının əməkdaşlarının hansı istiqamətə yollandığı barədə məlumat verilməyib.
AFP qeyd edir ki, evakuasiya Livan hökumətinin martın 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) fəaliyyətini ölkə ərazisində qadağan etməsindən sonra baş verib. Bu qurum Livandakı silahlı qruplaşma olan "Hizbullah"ın əsas dəstəkçisi hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31