BDU-da “Mediasiya üstünlükləri” mövzusunda seminar keçirilib

5 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 3 saylı mediasiya təşkilatı tərəfindən Bakı Dövlət Universiteti tələbələri üçün "Mediasiya üstünlükləri" mövzusunda maarifləndirici seminar təşkil olunub. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti, Sosial iş kafedrasının müdiri, dosent, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn mübahisələrin həllində mühüm rol oynadığını bildirib.
Daha sonra Mediasiya Şurasının üzvləri, Bakı 3 saylı mediasiya təşkilatının mediatorları Cəlal Hüseynov, Balaca Cəfərov və Bulud Yusifov çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər. Həmçinin onlar mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında alternativ həll yolu kimi əhəmiyyətindən söz açıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31