25 ölkədən 100-dən çox gənc Ağsuda toplanıb
29 May 2014 17:59 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə IV Beynəlxalq YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) simpoziumu keçirilib. Bu, simpoziumuda dünyanın 25-dən artıq ölkəsindən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dən artıq gənc mütəxəssis iştirak edib.
Simpoziumun açılışı Ağsu rayonunda "Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi"ndə, yenicə bərpa edilmiş qədim şəhərin buzxana anbarında baş tutub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31