Ermənistanın Ombudsmanı: Ermənistanda əmək hüquqları ilə bağlı sistemli problemlər qalır - ÖZƏL

Ermənistanın Ombudsmanı: Ermənistanda əmək hüquqları ilə bağlı sistemli problemlər qalır.

Olaylar.az xəbər verir ki, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anait Manasyan 1 May - Əmək və İşçi Həmrəyliyi Günü münasibətilə yaydığı müraciətdə ölkənin əmək bazarındakı ciddi nöqsanlara diqqət çəkib. 

Ombudsman bildirib ki, aparılan araşdırmalar və daxil olan şikayətlər təhlükəsiz iş şəraitinin təmini, istirahət hüququnun tam bərpası, habelə əlavə iş saatlarına görə ədalətli əməkhaqqının ödənilməsi sahəsində hələ də sistemli problemlərin mövcudluğunu göstərir. 

Manasyan xüsusilə qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması üçün dövlət tərəfindən daha kəsərli addımların atılmasının vacibliyini vurğulayıb. O, dövlətin əsas vəzifəsinin hər bir vətəndaşın potensialını reallaşdıra biləcəyi bərabərhüquqlu və ləyaqətli iş mühiti yaratmaq olduğunu qeyd edərək, əmək hüquqlarına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə və maarifləndirmə işlərinin gücləndirilməsinə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31