Kaxa Kaladze: Müxalifətin siyasi resursu yoxdur, onlar xaricdən idarə olunurlar – ÖZƏL
12:23 Xarici siyasətKaxa Kaladze: Müxalifətin siyasi resursu yoxdur, onlar xaricdən idarə olunurlar.
Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Gürcüstan müxalifətinin siyasi baxımdan tamamilə tükəndiyini və uğur qazanmaq şansının olmadığını bildirib. O, müxalif alyansların "sıfırlandığını" vurğulayaraq, bu uğursuzluğun səbəbini onların xarici dövlətlərin maraqlarına xidmət etmələrində və "agentura" qismində çıxış etmələrində görüb. Kaladzenin sözlərinə görə, Gürcüstan xalqı kimin ölkə üçün çalışdığını, kimin isə xaricdən gələn təlimatlarla hərəkət etdiyini aydın görür.
Müxalifət daxilindəki parçalanmalara da toxunan mer, müxtəlif platformalarda birləşən qüvvələrin qısa müddətdə dağılmasının artıq bir ənənə halını aldığını qeyd edib. O, müxalifəti Gürcüstanı müharibəyə sürükləmək cəhdlərində və ölkə iqtisadiyyatı üçün məhvedici ola biləcək sanksiyalara qoşulma çağırışlarında ittiham edib. Kaladze sonda əlavə edib ki, öz daxili birliyini belə təmin edə bilməyən və xaricdən idarə olunan siyasi qüvvələrin Gürcüstanın gələcəyində heç bir rolu və perspektivi yoxdur.