Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar

Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın "RealClearDefense" jurnalında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, əgər Ermənistan liderləri Türkiyənin ismarışlarına qulaq versələr və sülhə yatırım etsələr, bunun siyasi və iqtisadi faydası bütün region üçün yüksək olacaq.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31