Mikayıl Cabbarov Coca-Cola şirkəti ilə memorandum imzaladı

Bu gün "CocaCola"nın yerli nümayəndəliyi olan "Azərbaycan Coca-Cola Bottlers" MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Olaylar.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində məlumat paylaşıb.

Sazişə əsasən, dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq.

Nazir qeyd edib ki, bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31