Teatr və kino
Məşhur aktyor Bakıda - FOTO
Məşhur türk aktyoru Savaş Özdemir Bakıya gəlib. " İlk dəfədir ki, Azərbaycanda oluram. Bakı həqiqətən gözəl şəhərdir. Sabah " Məlahətli söhbətlər" verilişində çəkiləcəyəm. Bakıya gəlişimin səbəbi də elə bu verilişdir. Onu da deyim ki, bu verilişdə çəkilib Türkiyəyə gələn həmkarlarım sizin sənət adamlarından ürək dolusu danışır.
Rafiq Quliyevin doğum günüdür
27 fevral kinooperator, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyevin doğum günüdür. Rafiq Quliyev 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. 1981-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib.
“Oyuq”çulardan xeyriyyə konserti
28 fevral saat 16:00-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xeyriyyə konsert –tamaşa olacaq. Olaylar.az bildirir ki, konsertdə teatrin aktyorlari, Oyuq teatr-studiyasinin istedadli yetirmələri və tanınmış müğənnilər bir araya gələcəklər.
“Yuğ”un mart afişası
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Olaylar.az teatrın repertuarı təqdim edir: 3 mart -“Sonuncu” 4 mart - “Quş dili” 9 mart - “Fəna” 10 mart - “Medeya Sekvensiya”
“Xocalı” tamaşası nümayiş olundu
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Gunay” uşaq studiyasının ifasında Zərəngiz Dəmirçi Qayalının “Xocalı” tamaşası nümayiş olunub. Tədbirdə Baş İdarənin rəis müavinləri Nazim Əliyev, Gülnarə Seyidova, Bakı Uşaq Teatrı teatrının direktoru İntiqam Soltan, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhöbbətqızı və başqaları iştirak ediblər.
“Əsgər papağı” tamaşası təqdim edildi
Cümhuriyyətin 100 illiyi şərəfinə premyera
Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası Milli Teatr Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda, Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb. Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Milli qəhrəmanlarla bağlı sənədli filmlər nümayiş olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb
Rusiyanın Kazan şəhərində keçirilən “ZILANT” beynəlxalq kinofestivalının finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də nümayiş edilib. Ekran işi “Qısametrajlı film” kateqoriyasında “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Qalibləri Rusiyanın aparıcı kinorejissoru Andrey Selivanov mükafatlandırıb. Filmi, ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib. O, ekran işi barədə danışıb və Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd edib.
Məşhur Türk filmi Bakıda
Nizami Kino Mərkəzində martın 2-də Türkiyənin məşhur “Babam və oğlum” filmi nümayiş olunacaq. Rejissoru və ssenari müəllifi Çağan İrmak olan ekran əsərində Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk və digər tanınmış aktyorlar çəkilib.
Qadağan olunan “Güləhməd”in rejissorundan ŞOK İTTİHAMLAR
Mən film üçün məkan tapmadığınıza görə, baş rol ifaçısını bəyənmədiyimə görə, büdcəniz olmadığına görə, 3 dəfə filmi çəkməkdən imtina etdim.
Teatr kollektivi Ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə imzaladığı sərəncamla əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlamışdır. Məktubda deyilir:
Teatr beynəlxalq festivallarda iştirak edəcək
Bu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək.
“Hadi be oğlum” filmi Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir.
Teatrda Xocalı faciəsinin 26 -cı ildönümü
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb. Olaylar.az bildirir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.














