Teatr və kino

Nizami Kino Mərkəzində "İran Kinosu Günləri" 

23 Fevral 2018 09:43

Fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak edəcək.

Leyla Əliyeva “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatında

23 Fevral 2018 09:15

Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Həftəsonu Gənc Tamaşaçılarda

23 Fevral 2018 09:09

Ölkəmiz Xocalı faciəsinin törədilməsinin 26-cı ildönümünü qeyd etdiyi ərəfədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu bir qədər fərqli repertuarla tamaşaçıların görüşünə gələcəkdir. Kollektiv fevral ayının 23-də saat 15:00-da Ə.Əmirlinin “MSS”, axşam saat 19:00-da T.Vəliyevanın “Cəza” (kiçik səhnədə), fevralın 24-də saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı “Məlikməmməd”, axşam 19:00-da isə Xalq yazıçısı İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşalarını nümayiş etdirəcəkdir.

8 Mart günü teatrda “Açıq qapı”

22 Fevral 2018 15:45

Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə saat 19:00-da “Açıq qapı” günü keçirəcək və tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək. Olaylar.az bildirir ki, tamaşada baş rolda milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət ordenli” Afaq Bəşirqızının iştirakı tamaşaya gələnlərə ikiqat bayram hədiyyəsi olacaq.

“Qu gölü” baleti yenidən səhnədə

21 Fevral 2018 14:38

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunub. Olaylar.az bildirir ki, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova  və Yakopo Tissi ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.

Musiqili Teatrda həftəsonu

21 Fevral 2018 14:21

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, həftəsonu - 24 fevral saat 19:00 “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Qadağan olunmuş Azərbaycan filmi təqdim olunacaq

21 Fevral 2018 09:50

Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimatı olacaq. Filmin təqdimatı, ekran əsrinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110, bəstəkar Qara Qarayevin isə 100 illiyinə təsadüf edir. Təqdimat mərasimi Nizami Kino Mərkəzi ilə Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi”nin birgə təşkilatçılığı ilə reallaşacaq.

Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq...

20 Fevral 2018 22:23

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılacaq . Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılarında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

17 Fevral 2018 09:34

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın reperatuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Olaylar.az bildirir ki, fevral ayının 17-də saat 12:00 və 14:00-da məktəblilər üçün A. Lindqrenin “Uzuncorab Pippi” tamaşası, ayın 18-i isə eyni saatlarda Azərbaycan Xalq nağılı “Göyçək Fatma” tamaşaları nümayiş olunacaq. Teatrın axşam repertuarında isə 17 fevral tarixində Ə. Əmirlinin “Mən səni sevirəm – MSS”, 18 fevral tarixində isə Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları təqdim olunacaq. Tamaşalar saat 19:00-da başlanır.

Sənət dostları xalq artistini yad etdilər

16 Fevral 2018 12:04

Akademik Milli Dram Teatrının kollektivi Qubada xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib. Olaylar.az bildirir ki,  teatrın rəhbər şəxsləri və truppa üzvləri Zərnigar Ağakişiyevanın əziz xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar. Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artistlər Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Elxan Quliyev, Kazım Abdullayev, Vəfa Zeynalova, aktyorlar Rövşən Kərimduxt, Mətləb Abdullayev, Şəhla Əliqızı və başqaları Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıblar.

O qədər qısa geyindi ki... - FOTO

16 Fevral 2018 09:56

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə müzakirələrə səbəb olan fotosunu paylaşıb. Aktrisanın qırmızı rəngli şortikli paltarı tənqid edilib. Hər kəs libasın çox qısa olduğunu yazıb.

Bakıda İran filmləri nümayiş ediləcək

16 Fevral 2018 09:06

Fevralın 23-dən etibarən Bakıda İran filmləri həftəsinə başlanılacaq. Fevralın 27-dək davam edəcək film həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

“Şəngülüm, Məngülüm” premyeraya hazırlaşır

15 Fevral 2018 15:44

Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyeraya hazırlaşır. Olaylar.az bildirir ki, teatr Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.

"Şəhrizad" baletinin tamaşası nümayiş olundu

15 Fevral 2018 15:33

Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun "Şəhrizad" baletinin tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, balet tamaşasında əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova (Zübeyda) və Əməkdar artist Samir Səmədov (Zübeydanın sevimli qulu) ifa ediblər.

Teatr kollektivi Hindistan səfirliyində

13 Fevral 2018 07:28

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı , iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək.