“Şəngülüm, Məngülüm” premyeraya hazırlaşır

Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyeraya hazırlaşır. Olaylar.az bildirir ki, teatr Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.

Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyeraya hazırlaşır. Olaylar.az bildirir ki, teatr Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.

Müəllif matearialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.

Kukla tamaşasının bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. O, musiqilərində mətn müəllifinin şeir nümunələrindən istifadə edib.

Tamaşa fevralın sonlarında təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31