Teatr və kino
Aktyor “Dram artistləri oxuyur” layihəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcəkdir.
Teatrda Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib. Mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib. Olaylar.az bildirir ki, teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
“Türkiyə mənim də Vətənimdir” adlı sənədli film Malatya
Azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində reallaşıb. Təqdimat mərasimində çıxış edən Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçer 15 iyul hadisələri ilə bağlı qısametrajlı, sənədli və tammetrajlı filmlərin çəkildiyini vurğulayaraq, dövlət çevrilişi cəhdini bir az daha fərqli aspektdən şərh etmək istədiklərini söyləyib.
Əməkdar artistin vəziyyəti ağırdır
Nuriyyə Əhmədova yad edildi
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib. Fonddan Olaylar.az –a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki rolların xatirələrdən silinməyəcəyini vurğulayıb.
“Gəncliyin səsi - 2018” festivalı başladı
Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən Olaylar.az- a verilən məlumata görə, ənənə halını alan festival Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb.
Məşhur gürcü rejissoru Musiqili Teatrda
Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub. Olaylar.az bildirir ki, hörmətli qonağı Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Gürcüstan və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hüseyn Cavidin “Ana” əsəri teatr səhnəsində
Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il üçün daha bir yeni tamaşanın məşqləri start götürüb. Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcəklər. “H. Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçı kütləsi tərəfindən həmişə böyük sevgi və məhəbbətlə yad olunur. Çünki, Cavidin qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, onları sanki saflaşdırır. Ümid edirəm ki, “Ana” tamaşası da teatrımızın repertuarında özünə möhkəm yer tutacaq, hələ uzun illər tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq.
Gənc Tamaşaçılar Teatrının tamaşası Rusiyanın məşhur teatr jurnalında
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının “Strastnoy bulvar 10” jurnalında Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalına həsr edilən məqalə dərc edilmişdir. Xəbər verdiyimiz kimi oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunmuşdu.
"Leyli və Məcnun" operasının 110 illik yubileyi Gəncədə
Fevralın 11-də Gəncə şəhər rəhbərliyinin dəvəti və təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcəkdir. Tamaşa operanın 110 illik yubileyi çərçivəsində nümayiş olunacaqdır.
"Ezop" SABAH qrupunun ifasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu - Aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Gilyermo Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub. İstedadlı, obraza, əsərə xüsusi münasibəti ilə seçilən tələbələr Əməkdar artist, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə bu dəfə də uğurlu iş ərsəyə gətirib.
Diplomatik korpusun nümayəndələri “Mənim günahım”mı izlədilər
Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərində ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.
Səfir Musiqili Teatrda
Mərakeş Krallığının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurmun mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb, yaradıcılıq mübadiləsini inkişaf etdirmək üçün yaxın gələcəkdə qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Hörmətli qonağa Musiqili Teatrın tarixi, yüksək memarlıq üslubu ilə yenidən qurulan inzibati binası, yaradıcı heyətin bugünkü fəaliyyəti və digər məlumatları çatdıran Əliqismət Lalayev səmimi keçən söhbət zamanı “ümüdvaram ki, sizin vasitənizlə ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələr genişlənib daha da inkişaf edəcək”- deyə bildirib.
Qara Qarayevin "Qoyya" baletinin möhtəşəm premyerası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub. Tamaşa dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunub. Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izlədilər. Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.
Musiqili Teatrın gənc sənətçisi “İlin aktrisası” oldu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənmiş gəncləri mükafatlandırıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, "İlin gənc aktrisası” nominasiyasında mükafata Azərbaycan Dövlət Musiqili Teatrının solisti Aydan Həsənova layiq görülüb. Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində məlahətli səsi və aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında ifa etdiyi obrazların öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.














