Teatr və kino
Elmi konfrans keçiriləcək
Martın 6 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək. Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında olacaq. Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.
“Boy çiçəyi” tamaşası yenidən səhnədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası təqdim olunub. Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətovdur.
OSKARIN qalibləri məlum oldu - SİYAHI
Dünən nəhayət ki, çoxdan gözlənilən 90-cı "Oskar" mükafatının təqdimat etmə mərasimi keçirilib. Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi gecədə Hollivudun tanınmış simaları iştirak edib. “The Shape of Water” filmi “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb. Qaliblərin tam siyahısını təqdim edirik:
Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası Universitetdə nümayiş olundu
Martın 2-də Azərbaycan Dillər Universitetində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, öncə universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bu tamaşanın nümayişinə görə Gənclər və İdman Nazirliyinə, eyni zamanda Bakı Uşaq Teatrının işçilərinə dərin minnətdarlığını bildirib. O, cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin əhəmiyyətini vurğulayıb, bu tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizədə daha qətiyyətli addımlar atmasında əhəmiyətli rolu olacağını diqqətə çatdırıb.
Həftəsonu Gənc Tamaşaçılar Teatrında
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı bu dəfə da maraqlı tamaşalar vəd edir. Belə ki, məktəblilər teatrın səhnəsində mart ayının ilk həftəsində ayın 3-ü saat 12:00 və 14:00-da P.Nurəliyevanın “Dəcəl keçi”, ayın 4-ü eyni saatlarda isə S.S.Axundov və A.Şaiqin “Qaraca qız” tamaşalarını izləyə biləcəklər. Axşam tamaşaları isə bu həftə klassik əsərlər vəd edir. Teatr mart ayının 3-ü saat 19:00-da C.Cabbarlının “Aydın”, martın 4-ü saat 19:00-da isə H.Cavidin “Şeyx Sənan” tamaşalarını nümayiş etdirəcək.
Ukrayna, Belerus vokal ustaları Opera Teatrında
Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunmuşdur. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.
Mart ayının ilk həftəsi Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrında mart ayının ilk həftəsonunda maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az- a bildirilib ki, teatrsevərlərə 2 mart saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli), 3 mart saat 19:00-da “Amerikalı kürəkən” (R.Mirişli,M.Haqverdiyev), 4 mart saat 19:00-da isə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) tamaşaları təqdim olunacaq. Teatr həmişə olduğu kimi, bu dəfə də balaca tamaşaçılarının zövqunü oxşayan macəra dolu, rəngarəng süjet xətti olan nağıl-tamaşaları ilə onların yolunu gözləyir. 3 mart saat 12:00-da ana dilimizdə “Qırmızı papaq” (E.Sabitoğlu,Y.Şvarts), 4 mart saat 12:00-da isə rusdilli balacalar üçün “Yağış göbələyinin macərası” tamaşaları göstəriləcək.
Mehriban Əliyeva və Leyla Əliyeva “Bir ailə” bədii filminin təqdimatında iştirak etdi
Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
“Yeni nəsil” layihəsi davam edir - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu) hazırlanmış Mirzə Fətəli Axundzadə “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası nümayiş olunub. Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb. Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə, yeni formatda M.F.Axundzadənin yaradıcılığını çatdırmaqdır.
Pornoya sənət maskası taxan dəstə var... – Müsahibə
Prodüser, rejissor Əli İsa Cabbarovla müsahibəni təqdim edirik: - Əli İsa bəy, kino bir mədəniyyət hadisəsidir, dərinə getsək, mühitin və toplumun məhsuludur. Azərbaycan kinosunun vəziyyətiylə bağlı söhbətə bu faktorlardan başlamaq istərdik...
Musiqili Teatrının kollektivi ölkə başçısına təşəkkür etdi
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi ölkə prezidenti, cənab İlham Əliyevə təşəkkür məktubu ilə müraciət edib. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması barədə Sərəncamınız, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması barədə Fərmanınız bizə - incəsənət xadimlərinə yüksək qiymətinizin bariz nümunəsidir. Fəxri adlara layiq görülmüş sənətkarların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
Sovet senzurasının qadağan etdiyi film nümayiş olunacaq
Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin birgə təşkil etdiyi “Bir Ailə” bədii filminin təqdimatı keçiriləcək. Olaylar.az bildirir ki, təqdimat Nizami Kino Mərkızində olacaq. Nizami Kino Mərkəzi və “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir Ailə” bədii filminin təqdimat mərasimini keçirəcəkdir. Film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.
Turizm şirkətləri Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir. Olaylar.az bildirir ki, Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.
Azərbaycan-İran istehsalı olan yeni film çəkilib: “Sərhəd, Arpaçay, ayrılıq mahnısı”
“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.
“Çölçü” “Ən yaxşı bədii film” mükafatına layiq görülüb
Rejissor Şamil Əliyevin “Çölçü” filmi 6-cı “Virgin Spring Cinefest” beynəlxalq festivalında fevral ayının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Ekran işi “Golden Galaxy Award” mükafatının nominantı statusunu qazanıb. Mükafatın təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzində keçiriləcək.





.jpg)




.jpg)
.jpg)


