Teatr və kino

Gənc Tamaşaçılar Teatrının  Novruz repertuarı

14 Mart 2018 16:33

Olaylar.az bildirir ki, bayram günləri ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq. Daha sonrakı günlərdə isə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12:00, 14:00 və 16:00 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.

Nizami Kino Mərkəzində təqdimat

14 Mart 2018 09:27

Martın 16-da Nizami Kino Mərkəzində rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı olacaq. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

"Kurtlar Vadisi"nin Ömər Babası Musiqili Teatrda

13 Mart 2018 13:24

"Kurtlar Vadisi"ndən Ömər Baba obrazı ilə tanınan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi”, “Matryoşka” tamaşalarının müəllifi kimi tanınan müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.

Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

13 Mart 2018 13:23

Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.

Teatr dünya turunu başa vurdu

10 Mart 2018 20:17

Bu il 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak etdi.

Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü

10 Mart 2018 20:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.Olaylar.az bildirir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən vodeoçarxa baxıblar. Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək

9 Mart 2018 21:08

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar Artist Afaq Abbasova martın 13-də Minskdə çıxış edəcək. Olaylar.az bildirir ki, həmyerlimiz Belarusda P.Maskanyinin “Kənd namusu” operasında Santutsa rolunda çıxış edəcək.

Musiqili Teatrda həftəsonu tamaşaları

9 Mart 2018 13:03

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 2 gün ərzində 4 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, 10 mart saat 12:00-da “Hacı-Qara” (M.F.Axundzadə), 19:00-da “Nuri-didə Ceyhun” (Ə.Əmirli), 11 mart saat 19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları tamaşaları ana dilimizdə təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 11 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.

Afaq Bəşirqızı xanımlara nə hədiyyə etdi?

9 Mart 2018 11:50

Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi "Açıq qapı” günündə xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edib. Qurumun mətbuat xidmətindən Olaylar.az- a bildirilib ki, tamaşadakı baş rolu ilə sevimli gülüş ustası, xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı onun görüşünə gələnlərə unudulmaz, xoş anlar bəxş edib.

Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində - İlk dəfə

7 Mart 2018 12:31

Azərbaycan Dövlət Musiqili Teatrının növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

“Nar bağı” Türkiyədə

7 Mart 2018 10:02

 Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin Mədəniyyət Mərkəzində “Nar bağı” filmi nümayiş olunub. Tədbirdə ali məktəbin rəhbərliyi, müəllim və tələbələr iştirak edib. Filmin nümayişi Ərciyəz Universitetinin İncəsənət bölməsinin müəllimi Nihal Şengül və ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova və Əsli Əliyevanın təşkilatçılığı ilə baş tutub.

Həsən Turabovun 80 illik yubileyi keçiriləcək

7 Mart 2018 09:59

Azərbaycan prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.   Sərəncamda qeyd olunub ki, mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.  

“Unlimited: Sərhədsiz incəsənət” forumunda

6 Mart 2018 15:39

Nizami Kino Mərkəzi Ukraynada keşirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda Azərbaycanı təmsil edib. Olaylar.az bildirir ki, Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə iştirak edib. Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.

Beynəlxalq Qadınlar günü münasibətilə şou-proqram

6 Mart 2018 14:05

Mart ayının 8-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq. Olaylar.az bildirir ki, teatrın istedadlı aktyoru, Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb. 8 Mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yadda qalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.

Azərbaycanlı rejissorun filmi Kann film festivalında

6 Mart 2018 11:46

Kann film festivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az –a  verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq “Yaşar” kinolayihəsi də yer alıb.