Sosial
İqtisadi inkişaf istiqamətlərindən biri innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır
“Hazırda Azərbaycanın seçdiyi prioritet iqtisadi inkişaf istiqamətlərindən biri müasir, innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı səsləndirib. O, bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir: “Son illərdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət, bu məqsədlə fundamental əsaslar yaradılması öz müsbət nəticələrini verməkdədir. Belə ki, artıq respublikamızda sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür.
Müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb
Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə başlayan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir.
Heydər Əsədov Yevlaxda vətəndaşlarla görüş keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 9-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Məşhur müğənni ilə gəlini arasında ev davası - “Çıxsın, uşağı isə…”
Bakıda bu çimərliklər yararsız çıxdı
Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.
Bakı Atatürk Liseyinin 25 illiyi qeyd edildi
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin 25 illiyi, eləcə də məzun günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Dövlət Dram Teatrında baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, TDAV-ın qurucusu Turan Yazqanın ailəsi, VHP sədri Sabir Rüstəmxanlı, keçmiş təhsil naziri Firudun Cəlilov, eləcə də təhsil ocağının müəllim və şagird heyəti iştirak edib.
Ödənişsiz sınaq imtahanları keçiriləcək
2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən tələbə qəbulu ilə bağlı 5 – 20 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.
Ödənişlər nağdsız qaydada həyata keçiriləcək
İyunun 5-də Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitəsinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycanda bir sıra sahələr üzrə ödənişlərin nağdsız qaydada həyata keçiriləcəyinə dair qanunvericiliyə dəyişikliklər edilməsi müzakirə olunub. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik təklif edilir.
Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Hava nəqliyyatında siqaret çəkməyə görə cərimələr artırıldı
Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyə görə cəzanın sərtləşdirilməsi təklif olunur. “Olaylar”ın məlumatına görə bu, Milli Məclisin əmək və sosial siyasət, insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Əsas dəyişikliklərdən biri hava nəqliyyatında siqaret çəkməyə tam qadağa qoyulmasını nəzərdə tutur. Dəyişikliyə əsasən, hava nəqliyyatında siqaret çəkməyə görə cərimə onqat – 10 manatdan 100 manatadək – artırılır.
Övladlarını spirtli içki qəbul etməsinə sövq edən valideyinlər cəzalanacaq
Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilirdisə,bundan sonra yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.
Astarada məktəblilərin narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihənin icrası davam edir.
Əflatun Amaşov: Jurnalistlərə evlərin verilməsi zamanı kollektivin sayı da nəzərə alına bilər
Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq. Bunu Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: “Məncə keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək”.
“Hara ayaq basırsan siqaret kötüyü çıxır”
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun gecikdirilməsi müxtəlif sualların yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sözügedən qanu layihəsi ikinci oxunuşdan keçib. Sənədin hər iki oxunuşda müzakirəsi zamanı istər Səhiyyə Nazirliyinin təmsilçiləri, istərsə də millət vəkilləri birmənalı olaraq belə bir qanunun qəbulunun vacib olduğunu, üstəlik sənədin sosial sifariş əsasında ərsəyə gəldiyini bəyan ediblər.














