Sosial
Son günlər aktivləşən sürüşmə sahələri — SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər ərzində aktivləşən sürüşmə sahələrinin adlarını açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, hazırda Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Duz gölü"nün ətrafında, "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.
Güclü külək olacaq, yağış, qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İtkin düşən Quba sakini tapıldı
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb. Rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni 18.11.2017-ci il tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmiş, lakin çıxdıqdan sonra evə qeri qayıtmamışdı.
Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə növbəti sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Kollecdən sonra ali məktəblərdə oxuyanlar üçün təhsil müddətləri azala bilər
Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.
Bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər - RƏSMİ
“Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Şöbə müdiri bildirib ki, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı 250-dir.
Paytaxt məktəblisi IV dəfə çempion olub
Paytaxt məktəblisi növbəti dəfə stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibi adını qazanıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 229 nömrəli tam orta məktəbin III sinif şagirdi Adil Əhmədzadə paytaxtda 12 və daha kiçik yaşlı 108 tennisçinin iştirak etdiyi yarışda oğlanlar arasında I yerə layiq görülüb. Məktəbli kubok və diplomla təltif olunub.
Naxçıvanda praktiki atışlar həyata keçirilib
Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Dövlət sərhədini pozan 39 nəfər saxlanıb
Bu ilin oktyabr ayı ərzində dövlət sərhədini pozdövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşları olub. Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
“Bəkirnamə” təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi ondadır ki, epizodik şəkildə, bəzi elementlərə istinad edərək müəllif elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə kitab ərsəyə gətirib.
“Nurgün Motors”dan növbəti şikayət
Azərbaycanda “Nurgün Motors”un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nurgün Motors”un tərkibində olan “Ford Azərbaycan” servis mərkəzlərindəndir.
“Nurgün Motors”dan şikayət var - Video
Azərbaycanda “Nurgun Motors“un satdığı bir sıra avtomobillərin keyfiyyəti və qurumun təklif etdiyi xidmətlərin keyfiyyətilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nissan”ın servis mərkəzlərindəndir. “Nurgün Motors”dan alınan avtomobillərə verilən 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız “Nissan”ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır.
XX əsrin birinci yarısına aid kəşkül tapıldı
Olaylar.az bildirir ki, bu yaxınlarda Tarix muzeyi tərəfindən yeni etnoqrafik material - kəşkül əldə edilib. XX əsrin birinci yarısına aid bu kəşkül Təbriz şəhərində xalq sənətkarları tərəfindən əl ilə hazırlanıb. Çini kəşkül rəngli mina və şirə ilə örtülüb.
Milli Məclis büdcə müzakirələrinə start verir
Noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq. “Olaylar” xəbər verir ki, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək.
ADA universiteti tələbələrinin Rəsulzadə bələdiyyəsində görüşü keçirilib
ADA universitetinin tələbəsi Ümid Bayramlı və onun tələbə yoldaşlarının təşəbbüsü ilə M.Ə.Rəsulzadə bələdiyyəsində tələbələrlə görüş keçirilib. Bələdiyyədən “OLAYLAR”-a bildirilib ki, Ümid Bayramlı M.Ə.Rəsulzadə bələdiyyəsinin facebook səhifəsinin izləyicisi olaraq, Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nin 10 illiyi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” devizi altında “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda keçirilən tədbirdə görülən işlər və həyata keçirilən layihələr barədə verilən məlumatlarla daha yaxından tanış olmaq istəyib.














