Sosial
Son iki ildə müasirləşən Nardaran - Görülən işlər
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində geniş quruculuq-abadlıq işləri aparılıb. Qəsəbə ərazisi yenidən qurulub. Qəsəbənin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində ilk olaraq ərazinin mərkəzi küçələri yenidən qurulub.
Sığorta şirkətlərinə inam azalıb
Azərbaycanda sığorta bazarının tarixinin xeyli olmasına baxmayaraq oturuşmuş sığorta şirkətlərini barmaqla saymaq olar. Məsələ orasındadır ki, bəzi sığorta şirkətlərinin qeyri-sağlam fəaliyyəti özləri haqqında mənfi imicin formalaşması ilə nəticələnib. İnkişaf etmiş ölkələrdə isə vətəndaşlar sığorta şirkətlərinin imkanlarından geniş yararlana bilirlər. Belə vəziyyət isə sığorta bazarının daha da genişlənməsinə səbəb olur. Məlumat üçün qeyd edək ki, sığorta-şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Yalanla bağlı bilmədiyimiz doğrular....
Tanınmış yazıçı Mark Tven yalanı bir cümlə ilə çox gözəl anlatmışdır: “Doğru ayaqqabılarını geyinməmiş yalan dünyanı artıq üç dəfə gəzir…” Bəs nə üçün biz yalan danışırıq, bunu etməyə bizi nə vadar edir? Bu gün yalan danışmağın adi bir hal almasının səbəbi nədir? Maraqlıdır, görəsən, gün ərzində orta hesabla nə qədər yalan danışırıq? Statistik hesablamalara görə, yalan danışmaq gün ərzində 50 dəfə baş verir. Təbii ki, biz bu yalanların bəzilərini fərqinə varmadan belə söyləyirik.
Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma
Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç" sinfinin şagirdlərinin dərsə getməməsi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu gün də 31 uşağın valideyni övladlarını dərsə göndərməyib.
“BakuBus” avtobusların gecikmələrlə hərəkətinə aydınlıq gətirdi
“Gün ərzində, xüsusən səhər və axşam pik saatlarında "BakuBus" avtobuslarının intervallarında baş verən ləngimələrlə bağlı şirkətin "Qaynar xətt"inə sərnişinlərimiz tərəfindən haqlı olaraq müxtəlif müraciətlər daxil olur. Şikayətlər araşdırılarkən demək olar ki, hər bir halda avtobusun hərəkət trayektoriyasındakı mövcud vəziyyətin intervallarda ləngimələrə və avtobusların dəqiqələrcə qapıları bağlı halda yolun ortasında dayanmasına səbəb olduğu aşkar edilir”.
“ATV Qalereya” da “Qədim Bakı”
“Azad Azərbaycan” Müstəqil teleradio şirkətinin rəsm qalereyasında əməkdar rəssam Əşrəf Heybətin fərdi sərgisi açılıb. Almaniyada yaşayan həmyerlimizin çoxşaxəli yaradıcılığı sənətsevərlərə yaxşı tanışdır. Onun əsərləri dünyanın bir çox ölkəsində nümayiş olunub. Sərgiyə Milli Məclisin üzvləri, görkəmli elm, mədəniyyət xadimləri, xarici ölkə səfirliklərinin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Mərasimi giriş gözü ilə açan ATV Bədii Şurasının sədri Etibar Babyev yeni ekspozisiyada rəssamın “Qədim Bakı” mövzusunda işlədiyi əsərlərinin öz əksini tapdığını söylədi. Əşrəf Heybət İçərişəhərdə doğulub boya-başa çatdığını deyən tanınmış jurnalist bir vaxtlar qala divarları axrasına sığınan bu şəhərin köhnə mənzərəsi, tarixi-memarlıq abidələri, dar döngə, dalan və küçələrinin, eləcə də xoş siması, şirin ləhcəsi ilə fərqlənən köklü sakinlərinin ruhən rəssama daha doğma, qəlbən daha yaxınlığının sərgidəki lövhələrdə aydın ifadə olunduğuna da toxundu.
Bakıda AĞLAGƏLMƏZ OLAY: sürücü yolun ortasında öz maşınının ALTINDA QALDI - ANBAAN VİDEO
Bakıda analoqu olmayan yol qəzası baş verib. "Cip" maşını paytaxtın mərkəzi küçələrindən birində velosipedi vurub. Dərhal avtomobili dayandıran sürücü velosipedçiyə yaxınlaşmaq istəyib.
Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...
Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır. Virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır.
Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir
“Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”.
Bakıda yağış, rayonlarda qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Dini Komitə Təhsil Nazirliyi ilə birlikdə tədbir keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Cəbhə zonasında İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyət istiqamətləri müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayon ictimaiyyəti, dindarlar, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Avropa İttifaqının dəstəyi ilə İmişlidə təlim keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 25 Noyabr 2017-ci ildə İmişli rayonunda yerli QHT nümayəndələrinin iştiraki ilə strateji planlaşdırma mövzusunda 3 günlük təlim keçirib.
Gürcüstanda ikinci “İpək Yolu” Beynəlxalq Forumu keçirilir
28-29 noyabr 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Baş nazirinin sədrliyi ilə ikinci "İpək Yolu" Beynəlxalq Forumu kecirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda regional və qlobal ticarət, elektron ticarət imkanlarının genişləndirilməsi, rəqəmsal baglantılar və bu istiqamətdə mümkün maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturu və eləcə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.
Prezidentin qızını heyran edən Reyhan kimdir?- VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına “sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə edib.




.jpg)









