Sosial

Komitə sədri: "Sulu qəlyan infeksion xəstəliklərin mənbəyidir"

1 Dekabr 2017 15:38

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Layihə mükəmməl hazırlanıb”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Milli Məclis dekabrın 15-də yığışacaq

1 Dekabr 2017 15:35

Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib. Məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbəti plnar iclasının dekabrın 15-də keçiriləcəyini bildirib.  Spiker deyib ki, dekabrın 15-də keçiriləcək iclasda “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi planlaşdırılır.

“Kütləvi İnformasiyalar haqqında” Qanun dəyişdirildi

1 Dekabr 2017 15:31

Milli Məclisin dekabrın 1-də keçirilən iclasında “Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. “Olaylar” xəbər verir ki, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında”, “Dövlət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.

Trampın təriflədiyi 15 yaşlı Reyhan uğurundan danışır: ""Nobel qazanmaq arzusundayam" - VİDEO 

1 Dekabr 2017 15:28

ABŞ prezidentinin baş müşaviri İvanka Trampın təriflədiyi 15 yaşlı Reyhan Camalova "ARB Günəş"-də yayımlanan "Biz gələcəyik" verilişində qonaq olub. Məktəbli proqramda öz layihəsi haqqında məlumat verib.

Əlilliyə görə pensiyaya çıxanların sayı yüksək olaraq qalmaqdadır

1 Dekabr 2017 15:25

Hökumət millət vəkillərinin gələn ilin dövlət büdcəsi ilə bağlı etdikləri təklifləri dəyərləndirərək yekun qərara gəlib. Sənədə edilən yeniliyə əsasən sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsində gəlirlər 3 milyard 578 milyin 760 min manat, xərclər isə 3 milyard 578 milyon 760 min manat məbləğində nəzərdə tutulub.

MTRŞ-dan Röyanın ittihamlarına cavab: "Radiolarımızda yetərincə milli musiqi səslənir"

1 Dekabr 2017 14:50

Əməkdar artist Röya Ayxan radioların yerli mahnılar əvəzinə, xarici bəstələrə üstünlük verməsini tənqid edib. Müğənni MTRŞ sədrinə də müraciət edib və qurumu kəskin tənqid edib.

Əcnəbilərin qeydiyyatı sadələşdirilir

1 Dekabr 2017 14:42

Milli Məclis əcnəbilərin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. “Olaylar”ın xəbərinə görə, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq. Layihədə bildirilib ki, Miqrasiya Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

“Silahlı Qüvvələr haqqında” qanun yeniləndi

1 Dekabr 2017 14:27

“Hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib. Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrin hüquqi statusunu tənzimləmək baxımından lazımlı qanun idi.

Azərbaycanlı alimin “kəşfi” Rusiya və Ukraynanı güldürdü: “Yer kürəsi 6 ay fırlanmır?”

1 Dekabr 2017 14:10

MEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənovun sosial şəbəkələrdə Yerin fırlanmasını şübhə altına alan mövqeyi Ukraynaya gedib çıxıb və sosial şəbəkə ünvanlarında istehzaya səbəb olub. Əkrəm Həsənov öz fikirlərini 2015-ci ilin fevralında açıqlasa da, onun mövqeyi Ukrayna mətbuatına bir neçə gün əvvəl gedib çıxıb.

Yeni İldə ƏFV OLACAQ? - AÇIQLAMA

1 Dekabr 2017 14:04

Hər il olduğu kimi bu ilin sonunda da Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev  bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına məhkumlardan və ailələrindən çoxsaylı müaricətlər daxil olub:

İnternetdə informasiyanın yayılmasına dair tələbləri pozanlar cəzalarandırılacaq

1 Dekabr 2017 14:00

Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilməsi məsələsi müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Şad xəbər: hökumət faiz borclarını ödəyəcək – Fərman

1 Dekabr 2017 13:57

Hökumət kredit götürənlərə dəstək olmaq məqsədilə büdcədən vəsait ayıracaq. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” ilə bağlı fərmanını şərh edərkən söyləyib.

Fazil Mustafa “Təhminə və Zaur”dan danışdı

1 Dekabr 2017 13:54

Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması” barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruvoz açıq yerlərdə tütün məlumatlardan istifadə məsələsinə aydınlıq gətirilməsini istəyib.

Avropada 160 min İİV-ə yeni yoluxma faktı qeydə alınıb 

1 Dekabr 2017 13:53

“Xəstələrin, xüsusilə də yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə olunmaması müalicənin gecikməsinə və İİV-in sürətlə yayılmasına səbəb olur”. “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən bildirilib ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi üzrə direktoru Dr. Suzanna Yakab qeyd edib. O, bildirib ki, “İİV epidemiyası Avropa regionunda, əsasən də regionun şərq hissəsində çox sürətlə yayılmağa davam edir. 160 000 yeni yoluxma faktının təxminən 80%-i də məhz regionun şərq hissəsində qeydə alınıb. Bu, bir il ərzində müşahidə olunan yeni yoluxma faktları arasında ən yüksək göstəricidir. Vəziyyət bu cür davam etsə biz 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail ola bilməyəcəyik”.