Əlilliyə görə pensiyaya çıxanların sayı yüksək olaraq qalmaqdadır
Hökumət millət vəkillərinin gələn ilin dövlət büdcəsi ilə bağlı etdikləri təklifləri dəyərləndirərək yekun qərara gəlib. Sənədə edilən yeniliyə əsasən sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsində gəlirlər 3 milyard 578 milyin 760 min manat, xərclər isə 3 milyard 578 milyon 760 min manat məbləğində nəzərdə tutulub.
1 Dekabr 2017 15:25 SosialHadı Rəcəbli: "Bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə ehtiyac var"
Hökumət millət vəkillərinin gələn ilin dövlət büdcəsi ilə bağlı etdikləri təklifləri dəyərləndirərək yekun qərara gəlib. Sənədə edilən yeniliyə əsasən sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsində gəlirlər 3 milyard 578 milyin 760 min manat, xərclər isə 3 milyard 578 milyon 760 min manat məbləğində nəzərdə tutulub. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: Əhaliyə ödənişlər üzrə xərclər - 3 495 100 000 manat; əmək pensiyalarının ödənilməsi xərcləri - 3 407 000 000 manat; məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri - 88 100 000 manat; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə - 23 300 000 manat; hamiləliyə və doğuşa görə - 28 500 000 manat; uşağın anadan olmasına görə - 7 200 000 manat; 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar - 13 400 000 manat; dəfn üçün - 15 700 000 manat. Maraqlıdır, büdcədə edilən dəyişiklikləri yetərli hesab etmək olarmı?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir. Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir. Qeyd etdiyiniz kimi, respublikamızın ali maliyyə qanunu - büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunub. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20% artması, ikincisi ölkədə möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı geniş miqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, ücüncüsü və düşünürəm ki ən əsası büdcəmizin sosial yönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının baş məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır. Onun sözlərinə görə, büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, bu il əvvəlki illərdə bizə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kimi ünvanlanan sənədlər, indi "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi" kimi təqdim olunur. Bu büdcənin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük birqismi təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqqlarıbu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir. İlk dəfədir ki, bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir. Göstərilən vəsaitin məbləği bu il 1milyard 300 milyon təşkil edir. Onu da qeyd edim ki, bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42%-ə qədərini təşkil edirdisə, indi bu faiz 36,3%-ə enmişdir. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırmışdır: "Onu da qeyd edim ki, işəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılmışdır ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaqdır. Digər önəmli məsələ bu il "Əmək pensiyaları haqqında" Qanuna etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür olunmasından ibarətdir. İslahatların pozitiv məqamlarından birincisi pensiya haqlarının əvvəlki illərdən fərqli olaraq indeksləşməsi prosesi yalnız pensiyanın baza hissəsinə deyil, bütöv pensiya məbləğinə şamil olunmasıdır ki, bu da ödəmələrin həcminin xeyli artmasına xidmət edəcəkdir. İkinci maraqlı məqam pensiya yaşı ötmüş çalışan işçilərin bu müddətdə ödədikləri sığorta haqqının da müvafiq zamandan sonra yenidən çözülərək, vətəndaşın pensiyasına əlavə vəsaitinhesablanması məqamıdır ki, bu daməbləğin hiss olunan dərəcədə çoxalmasına xidmət edəcəkdir. Digər bir məsələ isə artıq gələn ildən əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş işsizliyə görə sığorta haqqı üçün nəzərdə tutulan vəsaitin bu büdcədən çıxarılaraq ayrı bir sistemdə formalaşmasıdır. Bütün bu yeniliklər və islahatlar pensiya ödəmələrinin əsaslı artmasına, gələcəkdə isə bir az da çoxalmasına xidmət edəcəkdir". Komitə sədri qeyd edib ki, gələn il üçün "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3.5 milyard manatı yəni 98%-ə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır: "Komitə iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyalarla yanaşı bir sıra digər maraqlı fikirlər də səsləndi. Belə ki, bu sahədə debitor borclarının yığılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusilə vurğulandı. Eyni zamanda Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, təxminən 2016-cı ildə dövlət sosial sığortasına cəlb edilməyən ümum daxili məhsuldakı rəqəm artıq 1 milyard 100 milyon manatı keçmişdir. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyat mənbələri vardır. Düşündürən məsələlərdən biri də, əlilliyə görə pensiyaya çıxanlar qismən azalsa da, faiz olaraq ümumi pensiyaçıların tərkibində yüksək olaraq qalmaqdadır. Belə ki əlilliyə görə pensiya alanların 385 min nəfər təşkil etməklə ümumi pensiyaçıların təxminən 29,2%-nə qədəri olur. Hesab edirəm ki, bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə ehtiyac vardır".
Zəka