Sosial

Bakcell  və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib

19 Dekabr 2017 18:32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları

19 Dekabr 2017 18:30

İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.

61 yaşlı qadın ikinci mərtəbədən yıxılaraq ölüb

19 Dekabr 2017 18:10

Ağdamda 61 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə rayonun Mirəşelli kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Dilarə Rza qızı Rüstəmova ehtiyatsızlıq nəticəsində yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

19 Dekabr 2017 17:55

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub. Şuradan verilən məlumata görə, görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi bu tarixədək təxirə salındı

19 Dekabr 2017 17:30

"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.

Mədət Quliyev: "Dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır"

19 Dekabr 2017 17:27

Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Uşağın cinsini öyrənmək olmayacaq - Qanun

19 Dekabr 2017 17:25

Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.

Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

19 Dekabr 2017 17:15

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindənbildirilib ki, layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Məktəblilər ekoloji cəhətdən maarifləndirilir

19 Dekabr 2017 16:44

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən "Eko təşəbbüs" adlı layihə çərçivəsində sonuncu tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə layihə rəhbəri Əli Qənbərli məktəbliləri salamlayaraq, onlara layihənin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Binəqədidə daha bir yol təmir edilir

19 Dekabr 2017 16:43

Binəqədi rayonu, S.S.Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova keçəsi ilə kəsişməsinədək olan hissəsi (Azadlq metrostansiyası) təmir olunur. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, təmir işlərinin sabah tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

19 Dekabr 2017 16:42

Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.

Macarıstanda Şimal-Cənub nəqliyyat dəhlizinə həsr olunan kitab çap edilib

19 Dekabr 2017 16:41

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri – “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Budapeştdə işıq üzü görüb.

Ana ölümünün məsuliyyətini həkim daşıyacaq

19 Dekabr 2017 16:32

Bundan sonra tibb müəssisənin müdiriyyəti və müalicə həkimi ana və körpəsinin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.

Formula 1 ilə bağlı yollarda baryerlərin quraşdırılmasına başlanılır - Sürücülərə xəbərdarlıq

19 Dekabr 2017 16:14

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.

Qarabağa yeni hərbi prokuror təyin edilib

19 Dekabr 2017 16:10

Qarabağa yeni hərbi prokuror təyin edilib. Məlumata görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Respublika Hərbi Prokurorluğunun təşkilat-analitik şöbəsinin rəisi Fərid Şükürov tutduğu vəzifədən azad edilərək, Qarabağ hərbi prokuroru vəzifəsinə təyin olunub.