Sosial

Bakıda 40 günlük uşağını satmaq istəyən ata danışdı

28 Dekabr 2017 12:55

Bu gün Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Bayramları təhlükəsiz keçirəcəyik QURUMLAR BELƏ DEYİR?

28 Dekabr 2017 12:08

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına sayılı günlər qalıb. Bu günlərdən əsas və vacib məsələlərdən biri vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığıdır. Hər bayramda olduğu kimi qarşıdakı bayram günləri ilə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən qurumlar gücləndirilmiş iş rejiminə keçəcəklər. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin açıqladığı məlumata görə, bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin bayram günlərində gücləndirilmiş iş rejimi üzrə fəaliyyət göstərməsinə dair müvafiq əmr imzalayıb.

Xəzər Dəniz Gəmiçiliyi məcburi köçkün ailələrini sevindirib

28 Dekabr 2017 11:56

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.”OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 3350  qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti diaqnostik qiymətləndiriləcək

28 Dekabr 2017 11:54

Dekabrın 29-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəərə görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili  müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Milli Məclis sonuncu iclasda 18 məsələyə baxacaq

28 Dekabr 2017 11:35

Milli Məclisin dekabrın 29-da keçiriləcək payız sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib. “Olaylar”ın məlumatına görə, parlamentin payız sessiyasının sonuncu iclasının gündəliyinə bir məsələ əlavə edilib.

Bakıətrafı dəmir yolu xətləri bərpa olunacaq

28 Dekabr 2017 11:33

Bakıətrafı dəmir yolu xətləri bərpa olunacaq. Prezident İlham Əliyev Bakı şəhərinin ətrafında dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. “Olaylar” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.Onun sözlərinə görə, bu məqsədlə dövlət investisiya proqramı çərçivəsində vəsaitin ayrılması nəzərdə tutulub: "Bu, Bakıətrafı kənd və qəsəbələrin əlaqələndirilməsi üçün imkan yaradacaq".

Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır

28 Dekabr 2017 11:00

"Regionların iqtisadi inkişaf proqramlarına əsasən, hər bir rayonda yaşamaq və işləmək üçün lazımi infrastruktur yaradılıb. Lakin nədənsə, ölkəmizdə insanların məhz Bakıda aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir".

Ramil Usubovdan metro qadağası

28 Dekabr 2017 09:55

Bölgələrdə reydlər davam etdirilir

28 Dekabr 2017 09:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.  Olaylar.az bildirir ki, keçirilən reydlər zamanı Astara rayonu ərazisində Lənkəran rayonu Bürcəli kənd sakini Samid Miriyevə məxsus “Ural” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 6,41 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta aparıldığı aşkar edilib. Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 958,20 manat məbləğində ziyan tətbiq edilib.