Sosial
Veysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib
Veysəloğlu Şirkətlər Qrupu “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla icra etməkdədir. “OLAYLAR”-ın xəbərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4-14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.
Gənclərimiz orduda xidməti şərəf bilir
“Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində sonuncu tədbir Bakıdakı 2 saylı Texniki-Humanitar Liseydə keçirilib. Dekabrın 27-də baş tutan tədbirdə liseyin şagird və müəllimləri iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə. tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinli qeyd edib ki, artıq Azərbaycan gəncləri hələ uşaq yaşlarından özlərini sağlam ordu xidmətinə hazırlamağın qayğısına qalır.
Gənclərin nitq mədəniyyəti yüksəldilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc Natiqlər" layihəsi başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Gənclər fondunun 10-cu qrant müsabiqəsinin qalibi Hilal Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərdə kommunikativ səriştə formalaşdırmaq, onların ümumi nitq mədəniyyətini yüksəltmək, müasir Azərbaycan dili normalarını daha mükəmməl mənimsəmək, ünsiyyətin müxtəlif formalarından daha məharətlə istifadə etmək bacarığını aşılamaq olub.
Təhsil İdarəsi hesabat verdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) başa çatmaqda olan 2017-ci ildə görülmüş işlərə dair hesabatlar dinlənilib. “OLAYLAR” xəbər verir ki, iclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər. Görüş zamanı “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnformasiya təminatı, Ümumi təhsil, İnkişaf layihələri, Məktəbdənkənar fəaliyyətin təşkili sektorları müdirlərinin və Təlimə Dəstək Mərkəzi direktorunun hesabatları dinlənilib.
Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük...
İtkin düşən alpinistlərimiz özləri ilə 4 günlük yemək götürüblər. Bu barədə “Gilavar” - hava və ekstrim idman klubundan məlumat veriblər. Klubdan bildiriblər ki, alpinistlərdə lazım olan bütün ehtiyat əşyalar var: “Onlar kifayət qədər peşəkar alpinistlərdir. Bundan öncə Xınalıq rayonuna yürüyüşlərimiz çox olub, bu dağ da daxil olmaqla, bir çox dağlara çıxılıb. Amma sırf onların nəzərdə tutduğu marşrut üzərindən çıxılıb-çıxılmadığı haqqında məlumatı tam dəqiq deyə bilməyəcəm. Klubda hər kəs ayrı-ayrı idman sahələrində çalışır. Hazırda sırf bu qayayadırmanma, dağadırmanma ilə əlaqədar şəxslər axtarış qrupundadır”.
Gömrük nəzarətindən gizlədilən pirotexniki mallar aşkar olunub
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
AQUP DK-da kollegiya iclası keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət ailə, qadın və uşaq siyasəti sahəsində 2017-ci ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq, qiymətlərdə artım gözlənilir
Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb. Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq. Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.
Azərbaycanda daha bir əczaçılıq zavodu açılacaq
"Azərbaycan və Belarus əczaçılıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır". Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.
Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir
"Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir". Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib: "Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir".
Mansur İbayevin oğlu prokuror təyin edildi
Bakının Nizami rayonuna yeni prokuror təyin edilib. Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.
"Sovetski"dən növbəti köçürülmə prosesinə başlanır
"Gələn ilin yanvarından Bakının "Sovetski" adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək". Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
Günəşli hava davam edəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
“Gənclər üçün Elektron Hökumət” konfransı keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər üçün Elektron Hökumət” konfransı baş tutub.
"Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - Polkovnik
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, itən alpinistlərlə bağlı yaradılmış qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev axtarış tədbirlərindən danışıb. Bu barədə açıqlama verən Ş. Mirzəyev qeyd edib ki, hazırda axtarış tədbirləri davam etdirilir: "Mən indi elə yerdəyəm ki, çox danışa bilmirəm.














