Sosial
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 740 müəllim fəaliyyət göstərir
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir. “OLAYLAR”-ın xəbərinə görə, idarənin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.
Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Şəhərsalma planına uyğun olaraq yol boyu tam yeni müasir yol infrastrukturu yaradılıb.
İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin
Artıq Azərbaycanda ivrit, latın, hətta erməni dili üzrə də magistr səviyyəsində kadrlar hazırlanır. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Dil Komissiyasının iclasında çıxış edərkən deyib.
“AzTV” və “Mədəniyyət TV” kanalları rəqəmsal yayıma başlayacaq
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.
Yeni telekanalın açılması üçün elan olunmuş müsabiqənin qalibi açıqlanıb
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.
SMDP DK yanında İctimai Şuranın ilk iclası keçirilib
Dekabrın 28-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, sədr Ramiz Həsənov çıxış edərək bildirib ki, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib.
BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Dekabrın 28 –də Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi hadisə olduğunu, ayrı-ayrı ölkələrdə yaşayan yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli olduğunu vurğulayıb.
Dərhal icra edilməli olan məhkəmə qərarlarına dair yeni prosedur müəyyənləşib
Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edib. Məlumata görə, dəyişiklik mülki məhkəmə icraatı üzrə məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlıdır. Təlimata əsasən, məhkəmənin qətnaməsi, qərardadı qanuni qüvvəyə mindikdən sonra növbəti iş günündən gec olmayaraq icra sənədi verilir.
Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nı təsdiqləyib. Məlumata görə, qərar dekabrın 29-dan qüvvəyə minir.
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi
Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub. Məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib. İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.
Təmiz Dünya hesabat verdi: Bakıda ərlərini axtaran qadınlar da var
AzTU-da Həmrəylik Günü qeyd edilib
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyini söyləyib, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
Bakının Qaradağ rayonunda 33 ədəd yeni mənzil Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verildi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.
Bakı Texniki Kollecində islam həmrəyliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Bakıda "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib
Bakı şəhərində Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd N. Abbasbəylinin təşəbbüsü və təşkilatçılığı ilə "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib.











.jpg)


