Sosial

Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları verilib

29 Dekabr 2017 11:38

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni təqvim ili günü münasibəti ilə aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda bayram tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Xətaidə yaşıl soyqırım

29 Dekabr 2017 11:36

Xətai rayonu ərazisində yaşılıq zolağı məhv edilir. “OLAYLAR”-ın xəbərinə görə, ağacların qırılması metronun Əhmədli stansiyasının yaxınlığında, M.Hadi küçəsində həyata keçirilir. Sakinlərin verdiyi məlumata görə, 23 və 24 saylı binaların həyətlərindəki yaşıllığın məhv edilərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Məlumata görə, təkcə son iki gün ərzində təxminən 50-dən artıq iri gövdəli, çoxillik ağaclar məhv edilib.

Sabahdan 5 gün iş olmayacaq

29 Dekabr 2017 11:09

Sabahdan - dekabrın 30-dan Azərbaycanda 5 günlük tətil başlayır. Məlumata görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Azərbaycanlı oliqarxların yeni trendi - rəqəmlər eyni, nömrələr 20-40 min manat - VİDEO və FOTOLAR

29 Dekabr 2017 09:56

Yaşları bir o qədər də çox olmayan oliqarxların yeni nömrə trendləri yaranıb. Gecə həyatları, lüks yaşamları ilə hər kəsin diqqətində olan bu “zümrə” fərqlilikləri ilə seçilir. Bu dəfəki axınları isə möhtəşəm maşınları və həmin maşınların avtomobil qiymətindəki nömrələridir.

1 yaşlı körpənin boğazında daş qaldı - BAKIDA

29 Dekabr 2017 09:30

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.  Sabunçu bazarı yaxınlığında yaşayan 2016-ci il təvəllüdlü İsmayılov Nazim Ziyafət oğlu evin həyətyanı sahəsində yerdən daş götürərək udub.

Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?

28 Dekabr 2017 19:53

Öd kisəsi xəstəlikləri ən çox yayılmış xəstəliklərin sırasındadır. Öd kisəsinin sağlamlığını qorumaq üçün həkimlər düzgün qidalanmaq, daha hərəkətli olmaq, idman və bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər.

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

28 Dekabr 2017 19:48

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir. Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir. Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən - mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

Diqqət: Fındıq yemək üçün 7 SƏBƏB...

28 Dekabr 2017 19:41

Zəngin tərkibə malik olan fındıq diyetologiyada çox faydalı məhsul sayılır. Sizə fındığın faydalı xüsusiyyətləri ilə tanış olmağı təklif edirik.

Uşağın cinsi necə formalaşır?

28 Dekabr 2017 19:36

Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur.

Yaşıl qozun balla qarışığı - Min bir dərdin dərmanı!

28 Dekabr 2017 19:30

Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur. Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.

Gürcüstanda məktəb direktorları üçün dövlət dilini bilmək məcburi olacaq

28 Dekabr 2017 18:30

2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək. Məlumata görə, Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: “Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”.

Alpinistlər necə yoxa çıxıblar? – Departamentdən açıqlama

28 Dekabr 2017 18:05

““Gilavar” ekstrim və idman klubundan ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə daxil olmuş müraciətə əsasən, klubun təcrübəli dağçılardan ibarət qrupuna 23-25 dekabr 2017-ci il tarixlərində Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsinə qalxmasına icazə verilməsi xahiş edilib”.

Məhkəmədən son qərar - Jurnalist üzr istəyəcək, Kamil Zeynallı təzminat ödəyəcək

28 Dekabr 2017 18:04

Bu gün Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə (Əfruz) Ağayeva arasındakı məhkəmə işi ilə bağlı qərar qəbul edib. Bu barədə kamil Zeynallının vəkili Asif Abdullayev bildirib:  "Ali məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladı. Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq".

İtkin düşən alpinistlərlə bağlı izlər tapılıb - Açıqlama

28 Dekabr 2017 17:17

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Bu barədə "Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Ermənipərəst müəllimin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

28 Dekabr 2017 17:13

Paytaxtda ingilis dili müəllimi fəaliyyət və davranışına görə işdən azad olunub. 220 nömrəli məktəb-liseydən verilən məlumata görə, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb.