Sosial

Spiker: “Bəzi qüvvələr Azərbaycan-Gürcüstan müttəfiqliyini pozmaq istəyir”

29 Dekabr 2017 13:29

“Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət komandaları qarşılaşıb

29 Dekabr 2017 13:25

Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev və digər şəxslər iştirak ediblər.

Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib

29 Dekabr 2017 13:21

Dekabrın 29-da akademik Cəmil Quliyevin (1927-2010) 90 illik yubileyi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutudur.

Təhsil Nazirliyi Azərbaycan Tibb Universitetini 5 illik müddətə akkreditasiyadan keçirib

29 Dekabr 2017 13:19

Bu yaxınlarda Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən Azərbaycan Tibb Universiteti (ATU) yeni 5-illik müddətə akkreditasiyası keçirilib. Bunu Səhiyyə Nazirliyin geniş tərkibli kollegiya iclasında ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib.

Rusiyada avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana gətirilib

29 Dekabr 2017 13:16

Rusiyanın Saxalin vilayətində avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana göndərilib. Məlumata görə, həmyerlilərimiz Lətif Həsənov və oğlu Elnur Həsənovun meyitləri vətənə gətirilib. Onların doğulduğu Tovuz rayonunun Dönük Qırıqlı kəndində dəfn olunacağı bildirilir. 

Yeni ilin ilk günündə hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

29 Dekabr 2017 12:40

Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədəkhava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Bayram günlərinin hava proqnozu

29 Dekabr 2017 12:37

Bakı və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi  əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Parlamentin 100 illiyi keçiriləcək: tapşırıqlar verilib

29 Dekabr 2017 12:33

 “Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib. Müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar”.

İlin icra başçısı bəlli oldu

29 Dekabr 2017 12:32

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırıb. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovsorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir.

Bəylər Eyyubova ağır itki

29 Dekabr 2017 12:29

Növbəti ildə təhsil sahəsində aparılacaq islahatlar müzakirə edilib

29 Dekabr 2017 12:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2017-ci il ərzində görülmüş işlərə dair hesabatların dinlənilməsi başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, iclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnsan resursları, İctimaiyyətlə əlaqələr, Təminat və təchizat, Maliyyə və mühasibatlıq, Hüquq və Ümumi sektor müdirlərinin hesabatları dinlənilib.

FHN: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir

29 Dekabr 2017 12:01

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Kibercinayətlər haqqında məqalə beynəlxalq mətbuatda

29 Dekabr 2017 12:01

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında dərc olunub. Olaylar.az bildirir ki, “Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması” adlı məqalədə «Kibercinayət haqqında» Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub.

Bölgələrdə "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində mühazirələr

29 Dekabr 2017 11:59

Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova açaraq, mühazirə mövzusunun əhəmiyyətindən danışıb.

Milli Parkda atəşfəşanlıq olacaq

29 Dekabr 2017 11:55

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2018-ci il münasibəti ilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.