Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları verilib
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni təqvim ili günü münasibəti ilə aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda bayram tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
29 Dekabr 2017 11:38 Sosial31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni təqvim ili günü münasibəti ilə aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda bayram tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. O, Nəsimi rayonunda təşkil olunan bu tədbirin rayon əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayaraq bildirib ki, belə tədbirlərin təşkil edilib keçirilməsi Möhtərəm Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin tərkib hissəsidir. "Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri" ictimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid anası Lətifə Novruzova çıxış edərək bildirdilər ki, keçirilən bu tədbir aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 2000-dən çox ailəyə bayram payları təqdim edilib.Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.