Vergilər Nazirliyində şok istefa - Birinci müavin istefa ərizəsini nazirə təqdim etdi + Foto

Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir.unikal.org   xəbər verir ki, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S. Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00