Sosial

Avtobus yolu keçən piyadanı vurub öldürüb

10 Yanvar 2018 15:44

Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-da saat 9 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Abuzər Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Fədiyar Camalovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qanunsuz ağac kəsənlar barədə cinayət işi açılıb

10 Yanvar 2018 15:42

Paytaxt Bakı ərazisində Ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, ötən il fevralın 23-də Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçən il 56 yaşayış məntəqəsinə təbii qaz verilib

10 Yanvar 2018 15:33

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb

10 Yanvar 2018 15:30

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb.“OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

SABAH tələbələri “Azercell”-in tələbə təqaüdünə layiq görülüblər

10 Yanvar 2018 15:29

Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub. 

Kürdə su qıtlığı: əkin sahələrini təhlükə gözləyirmi?

10 Yanvar 2018 15:21

Kür çayının suyu azalıb, getdikcə çayın yatağı daralır və quruyur. Kürün keçdiyi rayonlarda yaşayan sakinlər bu gedişatla yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlərin yaranacağından narahatdırlar.

Regionların sosial-iqtisadi inkişafı dağ rayonlarının simasını tamamilə dəyişdirib

10 Yanvar 2018 15:06

Yardımlı yayonunda sosial proqramların reallaşdırılmasına xüsusi diqqət yetirilir Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində təkcə mərkəzi rayonlar deyil, eləcə də dağ rayonlarının siması tamamilə dəyişib. Hətta bir sıra rayonlar statusunu dəyişərək şəhərə çevrilib. Artıq şəhər statusu almış Yardımlı rayonunun da sosial-iqtisadi nkişafı uğurlu olub. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Yardımlı rayonu da bir sıra uğurlara imza atıb.

Böyrəklər üçün 100 min ödəməyə hazırdırlar

10 Yanvar 2018 14:44

“2008-ci ilin noyabrında Yilmaz Altun adında Türkiyə vətəndaşı Priştina (Kosova) aeroportunda huşunu itirərək döşəməyə yıxılır. 23 yaşlı kişi evə getmək üçün reys gözləyirdi. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yaranın izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir”.

Azərbaycanda 9 şirkət nazirliyin departamentini məhkəməyə verdi

10 Yanvar 2018 14:41

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyiyanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və “Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Qardaş taksi sürücüsünə boşanmış bacısını təklif etdi - Bakıda ŞOK OLAY

10 Yanvar 2018 14:35

Ötən gün 30 illik həyat yoldaşına xəyanət edən 63 yaşlı taksi sürücüsü Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Cəmil adlı taksi sürücüsünün başına gələnlər hər kəsi təəccübləndirib. O, özündən 20 yaş kiçik qadın tərəfindən aldadıldığını və bunun nəticəsində də uşağının dünyaya gəldiyini söyləyib. 63 yaşı kişi həmin qadın tərəfindən internat evinə verilən oğlunun axtarışına çıxdığını bildirib.

Ərəb turistin 3 qadınla ölməsi xəbəri haqda AÇIQLAMA

10 Yanvar 2018 14:29

"Ariva" hoteli yanvarın 8-də Bakıda ərəb turistin otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Hoteldən bildirilib ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb. Ekspertiza nəticəsində ərəb turistin ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib. Həmçinin, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək

10 Yanvar 2018 14:23

11-15 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşki­lat­çılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

İntiharların qarşısını niyə almaq mümkün olmur?

10 Yanvar 2018 14:13

Müasir dövrümüzdə bəşəriyyəti ən çox narahat edən problemlərdən biri də intihar hadisələridir. Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intihar əsri” adlandırması heç də təsadüfi deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-ci ilə aid məlumatlarına görə, hər il dünyada 900 minə yaxın insan öz həyatına qəsd edir, yəni, hər 100 min nəfərdən 11.4 nəfəri intihar edir.

Bakıya ilk qarın yağdığı TARİXLƏR

10 Yanvar 2018 14:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb. ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  bildirib ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı Tədbirlər Planı hazırlanıb

10 Yanvar 2018 14:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı təsdiq edilib.