Sosial

Bakıdakı “Şərq bazarı” bağlanır

2 Fevral 2018 16:42

"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik”.

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

2 Fevral 2018 16:37

Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirilib. “OLAYLAR” xəbər verir ki, ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir.

Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi

2 Fevral 2018 16:31

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin müəlimlərinin və rəhbər işçilərinin yeni maaş sxemi təsdiqlənib.

Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib

2 Fevral 2018 16:29

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral – Gənclər günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

DYP aydınlıq gətirdi: "Ayıq sürücüdən özləri imtina edirlər"

2 Fevral 2018 16:12

Bir sıra saytlarda Bakıda bəzi ayıq sürücü xidməti göstərən şirkətlərin Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub, müştərilərə qarşı hiylə işlətdiklərinə dair xəbərlər yayılıb.

Azercell-in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir

2 Fevral 2018 16:09

Azercell Telekom  MMC-nin Mobil Diş Klinikası uğurla fəaliyyət göstərir. Klinika 2017-ci ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Hesabata əsasən kimsəsiz və yardıma ehtiyacı olan 552 nəfər ötən il klinikanın müayinə və müalicəsinə cəlb olunub. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər.

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 931 müraciət daxil olub

2 Fevral 2018 15:56

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12 931 müraciət daxil olub.

Nazirlik XƏBƏRDARLIQ ETDİ: Sürüşmələr davam edir

2 Fevral 2018 15:30

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.

Komissiya üzvü əfv siyahısından danışdı

2 Fevral 2018 15:26

“Novruz bayramında prezident İlham Əliyev tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ilə bağlı Əfv Məsələləri Komissiyası bu gün ikinci iclasa toplaşacaq. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir”. Bunu deyən Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, müzakirələrdən asılı olaraq, baxılacaq müraciətlərin sayı müəyyənləşəcək: “Əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk.

Cocuq Mərcanlıda yem emalı müəssisəsi istifadəyə verilib

2 Fevral 2018 15:23

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, fevralın 2-də bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

2 Fevral 2018 15:22

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib.

"Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib

2 Fevral 2018 15:21

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə "Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilib.

Veysəloğlu Qrup Gənclər gününə həsr olunan tədbir keçirib

2 Fevral 2018 15:20

"Veysəloğlu Şirkətlər Qrupu 2 fevral - Ümumrespublika Gənclər gününə həsr olunan tədbir keçirib. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan şirkət rəhbərliyi gənclərə öz tövsiyyələrini verərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra şirkət əməkdaşlarına gənclər gününün yaranması ilə bağlı ətraflı məlumat verilib. Tədbirdə işində nümunəvi, fəal və yaşı 29-dək olan gənc əməkdaşlar təşəkkürnamə ilə təltif olunub və onlara müxtəlif hədiyyələr təqdim edilib.

Sona Vəliyeva: “Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”

2 Fevral 2018 15:16

Fevralın 2- də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Aztəminatlı ailələrdən olan tələbələrə - Şad xəbər

2 Fevral 2018 15:13

Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.