Sosial

Ölüm hökmünün ləğvindən keçən 20 il

13 Fevral 2018 14:41

Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi o dövr üçün mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, təkmilləşdirilməsi, yeni, müasir dövrə uyğun olan qanunların qəbul edilməsi istiqamətində də ardıcıl addımlar atıldı. Eyni zamanda müstəqillik illərində keçmiş Sovetlərin zamanından qalan bir sıra hallar aradan qaldırıldı. Bunlardan biri də ölüm hökmünün ləğvi istiqamətində atılan addım idi.

AzTU-da şəhidlərin anım günü keçirilib

13 Fevral 2018 14:38

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin fevral ayında anadan olan Şəhid məzunlarının anım günü keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, Şəhidlərin valideyinləri, qohumları, müəllimlər və tələbələr iştirak edib. İştirakçılar əvvəlcə universitetin Şəhid məzunlarının xatirəsinin əbədiləşdirmək üçün yaradılan abidə kompleksi önünə gül dəstələri düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında etiramlarını bildiriblar.

"Bu qasırğanın canlı aləm üçün ciddi təhlükəsi yoxdur"

13 Fevral 2018 14:36

Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal prosesin görüntüsünü yayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib. Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.

“Elit Taksi” - *6969 müştəriləri necə aldadır ? - Şikayət

13 Fevral 2018 14:34

Son günlər paytaxtımızda fəaliyyət göstərən taksi xidmətlərinin sayı sürətlə çoxalmağa başlasa da, keyfiyyətdə də problemlər elə o sürətlə artmaqda davam edir. Bir az pulu, bir az da vicdanı olmayanlar müxtəlif yollarla lisenziya əldə edərək və yaxud da vergi qeydiyyatında duraraq taksi xidməti şirkəti təsis edirlər.

Zorakılığa məruz qalan qadınlar hansı xəstəliyə tutula bilər?

13 Fevral 2018 14:32

21-ci əsrdə hələ şiddət görən bir çox qadın var. Qadınlara istiqamətli şiddət, məşhur olan fiziki şiddətlə məhdud deyil. Qadınlara tətbiq olunan psixiloji və mənəvi, hətta iqtisadi şiddət də eyni şəkildə qadın psixologiyasına mənfi təsir edir. Ailə daxili şiddət deyildiyi zaman, qadının aldiği zərbə düşünülür.

Azərbaycan Televiziyası: böyük uğurlar yolunda

13 Fevral 2018 14:28

91 il əvvəlin gözəl bir qış günündə - 1962-ci ildə Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.

Qadına pul çatanda...

13 Fevral 2018 14:04

İşgüzar qadın olmaq heç də asan məsələ deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Etiraf edək ki, Azərbaycanda sadalanan keyfiyyətləri özündə cəmləşdirən kifayət qədər işgüzar xanım var. Evində tikiş tikməklə ailəsini dolandırandan tutmuş daş karxanası işlədən qadına qədər fəaliyyətdə olan zərif cinsin nümayəndəsinə rast gəlinir.

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda konfrans keçirilir

13 Fevral 2018 13:41

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilir. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov konfransda çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.

Xalq artisti vəfat etdi

13 Fevral 2018 13:34

Xalq artisti Kamil Vəzirov vəfat edib. Məlumata görə, məşhur qarmon ustasının ölüm xəbəri sosial şəbəkədə yayılıb. O, bu gün günorta saatlarında vəfat edib.

“Türk Hava Yolları”ndan rekord göstərici

13 Fevral 2018 13:18

Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37faiz artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.

Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurulur

13 Fevral 2018 13:17

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək.

“Bələdiyyələr yerli İcra hakimiyyəti ilə cinayət sövdələşməsinə gedir”

13 Fevral 2018 13:16

“Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökümətdən qanun layihələri parlamnetə daxil olmur”.

Oqtay Əsədov: “Mənə "pritenziya" etməyin”

13 Fevral 2018 13:15

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.“Olaylar”ın xəbərinə görə, Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim.