Sosial

24 bələdiyyənin işi prokurorluğa göndərilib

13 Fevral 2018 13:13

“Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”. “Olaylar” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin təqdimatı zamanı deyib. Nazir müavini bildirib ki, 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: “Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb.

Münaqişələrin ədalətli həlli üçün təcavüzkarla təcavüzə məruz qalan ölkələrə fərq qoyulmalıdır

13 Fevral 2018 13:10

“Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz”.

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 21658 istehlakçıya xidmət edib

13 Fevral 2018 13:09

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə cari ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 21658 müraciət daxil olub. “OLAYLAR” İstehsalat Birliyinə istinadən xəbər verir ki, müraciətlərin icrası tam təmin olunub.

Bayılda sürüşmə sahəsi ilə bağlı yekun qərar nə zaman veriləcək?

13 Fevral 2018 13:04

“Bayıl yamacındakı sürüşmə sahəsində tədqiqatlar davam edir, mütəmadi olaraq bu barədə Baş nazirə məlumat verilir və müvafiq tədbirlər görülür”. Bunu  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. 

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB

13 Fevral 2018 12:59

Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Böyük media ailəsinə yeni üzv gəlir

13 Fevral 2018 12:47

Böyük media ailəsinə yeniliklərlə oxucularını sevindirəcək yeni üzv gəlir. Bu günlərdə ONN İnformasiya Agentliyi fəaliyyətə başlayıb. ONN İnformasiya Agentliyindən saytımıza verilən açıqlamaya görə,  Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir.

Bakıda yağış yağacaq

13 Fevral 2018 12:42

Bakı və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Qasım Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

13 Fevral 2018 12:39

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib. Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Ramiz Rzayevin hakimlik səlahiyyəti uzadıldı

13 Fevral 2018 12:37

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Məsələ səsəqoyularaq qəbul edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir.

Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr

13 Fevral 2018 12:33

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı monoqrafiyası işıq üzü görüb

Vakansiya seçimi başa çatıb

13 Fevral 2018 12:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlərdən 245 nəfəri vakansiya seçimini edib. Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyən şəxslərdir.

ETSN: "Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb"

13 Fevral 2018 12:21

Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında 12 fevralda 2018-ci il tarixində Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib. 

"Bayılda böyük yarğanlar yaranıb" - Nazirlik

13 Fevral 2018 12:19

Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir. Bunu  ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.