Sosial

Azərbaycanda körpələrə qoyulmasına icazə verilən qəribə adlar - SİYAHI

13 Fevral 2018 16:45

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb. Adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

Sovet dövrünün unudulmaz əşyaları - fotolar

13 Fevral 2018 16:41

Sövet İttifaqında yaşayanlar tez-tez həmin illəri xatırlamaqdan vaz keçə bilmirlər. Daha çox haqqında danışılanlardan biri isə həmin dövrdə istifadə edilən əşyalardır. 

Nazir söz verdi: “Korrupsiyanın kökü kəsiləcək”

13 Fevral 2018 16:29

"Vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək".  Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

Deputatdan təklif: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin”

13 Fevral 2018 16:28

“Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

Regionların soaial-iqtisadi inkişafı bölgələrə sərmayə qoyuluşunu artırıb

13 Fevral 2018 16:03

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası respublikanın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilməkdədir. Məhz bunun nəticəsidir ki, rayonda bütün sahələrdə əldə olunan nailiyyətlər sürətlə bir-birini əvəz edir.

Misir Universitetində Azərbaycan dili tədris olunur

13 Fevral 2018 16:01

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Ayn- Şəms Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan dilini tələbələrə Tədris Birliyin sədr müavini Sədaqət Səmədova öyərdir. Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 350 nəfərdən artıq tələbə iştirak edir.

Jurnalistlər üçün yeni yazı müsabiqəsi

13 Fevral 2018 16:00

24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə”  müsabiqəsi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqə öncəsi media nümayəndələrinin vərəm haqqında biliklərinin artırılması məqsədilə sizləri “Vərəm sahəsində İctimai vəkillik” mövzusunda tədbir təşkil olunacaq. Görüşdə iştirak edən jurnalistlər Ümumdünya Səhiyyə təşkilatı ilə birgə əməkdaşlıq mərkəzinin mütəxəssisləri tərəfindən vərəmin profilaktikası, erkən aşkarlanması, müalicəsi, infeksiyaya nəzarət tədbirləri haqqında dolğun məlumat əldə edə biləcəklər.

Hakimlər üçün distant təlim keçirilib

13 Fevral 2018 15:59

Ədliyyə Akademiyasında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə hakimlər üçün video-konfrans vasitəsilə distant təlim keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov bu təlimin əhəmiyyətini vurğulayıb, onun dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm mühazirəçilər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət etdiyini bildirib.

Azərbaycanda imamlara maaş kəsildi - Məbləğ

13 Fevral 2018 15:53

Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.

Ceyhun Bayramov əmr imzaladı

13 Fevral 2018 15:18

Ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş tədbirlər həyata keçiriləcək.

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırıldı

13 Fevral 2018 14:59

Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota 1200-ə qaldırılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib. O, kvotanın artırılmasına səbəb kimi QMİ-yə çoxsaylı müraciətlərin daxil olmasını göstərib.

Quşlarınızı belə SAXLAYIN! - Nazirlikdən XƏBƏRDARLIQ

13 Fevral 2018 14:55

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti "quş qripi" ilə əlaqədar olaraq təsərüfat sahiblərinə müraciət edib. DBNX-dən verilən məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına görə dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb. Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir.

Abşeronda 2-ci sinif şagirdi parta arxasında keçinib? - Direktordan açıqlama

13 Fevral 2018 14:53

Abşeron rayonu, Xırdalan şəhər 6 №-li tam orta məktəbdə ölüm hadisəsi baş verib. Dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O, sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L.İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri çatana kimi uşaq keçinib.

İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir

13 Fevral 2018 14:50

Dünyanın inkişaf etmiş demokratik ölkələrinin tarixinə nəzər saldıqda aydın olur ki, hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmətdən keçir. Çünki demokratiya, insan hüquq və azadlıqlarına hörmət və inkişaf bir-biri ilə üzvi surətdə bağlı olan, bir-birini şərtləndirən amillərdir. Demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır. Demokratik dövlətdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunması təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır.