Sosial
38 ədəd kol, 21 ədəd ağac kəsdi – Təbiətə 8510 manat məbləğində ziyan vurdu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. Olaylar.az bildirir ki, reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağaclarının kəsildiyi aşkar edilib.
Göygöldə daha bir yol yenidən qurulur
Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur.
“Gənclərin İqtisadi Platforması” layihəsi başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənclərin İqtisadi Platforması” layihəsi başlayıb. “OLAYLAR” xəbər verir ki, “Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilən layihədir. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaqdır.
Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub. Agentliyin Kommunikasiya və İnformaisya Texnologiyaları şöbəsindən “OLAYLAR”-a bildirilib ki, nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq,qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.
Tikilməkdə olan yaşayış binalarında monitorinq edilmiş işçilərin sayı açıqlanıb
Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən indiyə kimi monitorinq olunmuş işçilərin sayı açıqlanıb. Xidmətin Monitorinq Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib ki, monitorinq olunmuş işçilərin sayı 1641 nəfərdir.
DTX yeni akkreditasiya qaydasını təsdiqləyib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiq edib.
Ermənilər yenə bizim havamıza oynadılar- VİDEO
Müqaviləsiz işçi çalışdıran tikinti şirkətlərin işi Baş Prokurorluqda
21 yaşlı qızın qaçırılmasının təfərrüatı: “Ən dəhşətlisi də budur ki…”
Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub. Rayon sakinlərinin verdiyi məlumata görə, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir:
15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı
İsa Qəmbər müayinə üçün Türkiyəyə gedib
Dünyanın ən gözəl 15 varlı qadını (FOTOLAR)
Bakıda arvadı evdən qaçan kişi: Anası neçə ildir yanımda yatır - VİDEO
Balıq uşaq orqanizminə necə təsir edir?
Sumqayıt hadisələrindən 30 il ötür
Sumqayıt hadisələrinin 30 ili tamam olur. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.


.jpg)











