15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı
28 Fevral 2018 10:50 SosialÖtən gün Tovuz rayonunda 15 yaşlı gənc tonqaldan tullanarkən yıxılıb.
Trend xəbər verir ki, hadisə rayonun Əsrik kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Oruc Teymuraz oğlu həyətlərində qalanmış çərşənbə tonqalından tullanarkən yıxılıb və bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin kafi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00