Sosial

"O məzarı Vidadi İsgəndərlinin qohumları murdarlayıb" - Hafiz Hacıyev

5 Mart 2018 14:22

Hüquqmüdafiəçisi, Fransada yaşayan Vidadi İsgəndərlinin atasınınGöyçaydakı məzarlığı murdarlanaraq təhqir olunub. Hadisə ilə bağlı bir sıra mülahizələr səsləndirilir. Bəllidir ki, bu gün qərb qüvvələri bu cür hadisələrlə Azəraycanda çaxnaşmaların yaranmasında maraqlıdır.

Məmmədova bacılarına ağır itki - “Danışa bilmirəm”

5 Mart 2018 14:20

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti  Azərbaycanda bir sıra özbək ədəbiyyatının fəal tədqiqatçılarını fəxri diplomlarla təltif edib

5 Mart 2018 14:00

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanda özbək ədəbiyyatının bir sıra tədqiqatçılarını, iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində müstəsna xidmətlərinə görə Cəmiyyətin Fəxri diplomları ilə təltif edib.

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib

5 Mart 2018 13:58

Uşaq əməyinə münasibətdə beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri özündə əks etdirən Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını, 15 yaşına çatmamış uşaqların işlərin görülməsinə, habelə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına  təhlükə  törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Bakının Sabunçu rayonu) “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi seminarda bildirilib.

Yeyinti məhsullarına etibar edə bilərikmi?

5 Mart 2018 13:49

Ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafı ixrac potensialının atrımına əlverişli şərait yaradır. Daha doğrusu, Azərbaycanın dünya bazarına çıxması, bu bazarda öz brend məhsulunu təklif etməsi zərurəti yaranır. Belə halda tələb olunan ilk qayda məhsulun keyfiyyətinin beynəlxalq standarta cavab verməsidir. Düzdüqr, son illər ərzində ölkədə qida təhlükəsizliyinin təmiminatı, ərzaq məhsullarının keyfiyyətinin artırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də yerli bazarda keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli hesab olunan yeyinti məhsullarına rast gəlinməkdədir.

Orqanizmə vacib olan vitaminlər necə qəbul edilməlidir?

5 Mart 2018 13:48

Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik. Çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var. Amma vitaminlərin artıqlığının da olduqca çox ziyanları vardır. Ona görə də vitaminləri də qəbul edərkən normadan artıq və ya əskik şəkildə qəbul etmək lazım deyil. Tibb məsələləri üzrə ekspert, həkim Füzuli Hüseynov deyir ki, bir çox hallarda valideynlər vitamin qəbul etmək lazım gələndə birbaşa dərman preparatlarına üstünlük verirlər.

Sabahın HAVAsı

5 Mart 2018 13:47

Gənclər narkotik asılılığı girdabına niyə yuvarlanır

5 Mart 2018 13:34

Günümüzdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Qlobal səviyyədə bu problemə qarşı mübarizə aparılsa da, onun qarşısını almaq, bu problemi dəf etmək hələlik qeyri-mümkün olaraq qalır.  Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməyib. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilib.

Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin edilib

5 Mart 2018 13:33

Təhsil sahəsinin inkişafı, bu sektorda çalışanların sosial halının gücləndirilməsi hər zaman dövlətin əsas prioritet vəzifələrindən hesab edilir. Müntəzəm olaraq dövlət rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı fonunda bunu görmək mümkündür.